Zəfərin yolu
Dinc əhaliyə qarşı törədilən cinayətlər barbarlıqdır.
Bu sözləri televiziya proqramlarının hazırlanması üzrə tanınmış “Grupo Secuya” şirkətinin nümayəndəsi Klaudiyo Missiyeqo bildirib.
Klaudiyo Missiyeqo deyib: “Gəncə şəhərində dinc əhaliyə qarşı müharibə cinayətlərinin törədilməsindən dərin təssüf hissi keçirirəm. Ümidvaram ki, Azərbaycanın mülki əhalisinə qarşı bu cür cinayətlər bir daha təkrar olunmayacaq”.
Azərbaycanın çətin vaxtında onun yanında olduğumuzu bildirirəm.
Bu sözləri İspaniyanın “Style International” qəzetinin Diplomatiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Eduardo Quaylupo ifadə edib.
Eduardo Quaylupo deyib: “Bunu yalnız öz adımdan və ya təmsil etdiyim mətbuat orqanının adından deyil, Latın Amerikası ictimaiyyətinin adından da söyləyirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzünü və azərbaycanlı mülki əhaliyə qarşı hücumlarının şiddətlə qınayırıq”.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanda dinc əhalini məqsədli şəkildə hədəf alması beynəlxalq hüquq normalarının, o cümlədən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.
Bu sözləri “Nexos” Alyansı Assosiasiyasının sədri Enrike Qaspar söyləyib.
E.Qaspar vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğalçı Ermənistan qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Azərbaycan xalqı sülhsevər xalqdır. Bu ölkə həmişə sülh istəyib. 27 il sülh arzusu ilə yaşayan xalqın səbri tükənib. O, torpaqlarını azad etməkdə haqlıdır. Ancaq bu gün Qərb heç də dediyi kimi sülhün bərpasında maraqlı deyil. Qərb ölkələri daima sülhdən danışırlar, ancaq sülh uğrunda ciddi səylər göstərməyib və göstərmir.
Bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində jurnalistlər üçün təşkil edilmiş mətbuat...
"Oktyabrın 23-də Vaşinqtonda dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə nəzərdə tutulan görüşü Donald Tramp administrasiyasının beynəlxalq nüfuzunu artırmaq məqsədi daşıyır və hər hansı səmərə verəcəyi inandırıcı deyil".
Bu fikirləri amerikalı politoloq, beynəlxalq əlaqələr eksperti Piter Teys (Peter Tase) deyib.
“Ermənistan qüvvələri geri çəkilərkən dövlət katibi Pompeo birdən-birə oyanıb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu görüşmək üçün Vaşinqtona dəvət edir. Həmçinin Pompeo Ermənistan...
Nasizmin təbliğatı və onun tərəfdarları çox güman ki, harada və kiminlə olmasından asılı olmayaraq, əllərində silah tutaraq “Böyük Ermənistan” uğrunda döyüşməyə hazır olan yerli millətçiləri birləşdirmək üçün bir bəhanədir.
Bunu israilli siyasi ekspert Yuri Boçarov deyib.
Onun sözlərinə görə, erməni diasporunun zəngin nümayəndələri, xüsusən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yaşayan və yaxşı gəlir əldə edənlər, məsələn, Kim Kardaşyan kimilərin öz imicləri naminə...
Təsəvvür edin 27 il sonra uşaqlığımın, yeniyetməliyimin, gəncliyimin keçdiyi torpağa geri qayıdacağam. Bütün xatirələrimiz oradadır. Əvvəlcə qızımın məzarını ziyarət edəcəyəm - düz 27 il sonra...
Bunu Zəngilan rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş Rəfiqə Əhmədova deyib.
Onun sözlərinə görə, kəndlərinin erməni işğalından azad olması ilə bağlı sevincli xəbəri Prezident İlham Əliyevdən eşidiblər:
"Dünən...