15
Oktyabr

15 Oktyabr

Küveyt Dövlətinin Elektron Media Birliyinin rəhbəri, bu ölkənin “Dasmannews” onlayn xəbərlər portalının idarə heyətinin sədri Feysal Xəlifə əl-Savvağ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və mülki şəxslərin hədəfə alınmasını pisləyən bəyanat yayıb.

Bəyanatda Feysal Xəlifə əl-Savvağ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və mülki şəxslərin hədəfə alınmasını pisləyərək, beynəlxalq ictimaiyyəti qətiyyətli, sərt mövqe nümayiş etdirməyə və həmin cinayətlərə görə işğalçını cəzalandırmağa çağırıb.

Əl-Savvağ bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər beynəlxalq...

15
Oktyabr

15 Oktyabr

“Əl-Cəzirə” telekanalının saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədəki mülki obyektlərə və insanlara, o cümlədən uşaqlara qarşı törətdiyi terror aktı ilə bağlı məqalə dərc olunub.

Məqalədə oktyabrın 11-i gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı daha bir terror aktının törədildiyi, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulduğu və dinc sakinlərin, o cümlədən...

15
Oktyabr

15 Oktyabr

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun “A1” televiziya kanalının “Tamo i natrag” (“Oraya və geriyə”) verilişinin qonağı olub. Ölkədaxili, regional və beynəlxalq siyasi proseslərin təhlili aparılan verilişdə sentyabrın 27-dən etibarən Ermənistanın növbəti hərbi təcavüzünə qarşı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları haqqında geniş məlumat verilib.

Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları nəticəsində ölkəmizin ərazisində işğalçılara qarşı sülhə məcburetmə və torpaqlarımızın işğaldan azad olunması üçün əməliyyatların həyata keçirildiyi televiziya...

15
Oktyabr

15 Oktyabr

Mərakeşin “Akhbarona” elektron nəşrində AZƏRTAC-ın müxbirinin “Azərbaycan və Ermənistan arasında müharibə niyə başladı?” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mahiyyətindən, Dağlıq Qarabağda təmas xəttində şiddətli döyüş əməliyyatlarının yenidən başlanmasının səbəblərindən bəhs edilir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi qeyd olunur.

Mərakeşli oxucuların diqqətinə çatdırılır ki,...

15
Oktyabr

15 Oktyabr

Malayziya mətbuatı Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyevin Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə geniş məqaləsini yayıb.

Bu ölkənin dövlət informasiya agentliyi BERNAMA və əhatə dairəsinə görə Cənub-Şərqi Asiyada tanınmış “New Straits Times” qəzetinin yaydığı “Azərbaycan regionunda sülh və sabitlik istəyir” sərlövhəli məqalədə Ermənistanın sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı hərbi təxribatlarından bəhs olunub, oxucular bu hücumların ağır nəticələri barədə...

15
Oktyabr

15 Oktyabr

Moskva görüşü göstərir ki, danışıqlar baza prinsipləri, yəni, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması prinsipləri əsasında davam etdirilməlidir.

Münaqişədən əvvəl Qarabağda azərbaycanlı və ermənilərdən başqa, ruslar, yəhudilər və kürdlər də yaşayırdılar. Ermənistan Dağlıq Qarabağın bütün əhalisini bu bölgədən qovub çıxararaq beynəlxalq hüquqa zidd hərəkət etdilər.

Bu gün aydın məsələdir ki, münaqişə Ermənistan ilə Azərbaycan arasında gedir. Baza prinsiplərində sülhü təmin etmək üçün bölgədə...

15
Oktyabr

15 Oktyabr

Ermənistan ordusunun uzun illərdir işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycan torpaqlarıdır və Ermənistan bu ərazilərdən çıxmalıdır.

Bu sözləri İndoneziyanın “TV 1” dövlət televiziya kanalına xüsusi müsahibəsində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bu günə qədərki proseslər haqqında ətraflı məlumat verən səfir Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən...

15
Oktyabr

15 Oktyabr

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın ILNA informasiya agentliyinə müsahibə verib.

Müsahibəsində səfir Azərbaycan Ordusunun əks-hücum əməliyyatına toxunub. Qeyd olunub ki, Ermənistanın çox sayda tankı, raket sistemi, müxtəlif texnikası və komanda qərargah məntəqəsi, habelə Dağlıq Qarabağda yerləşdirdiyi “S-300” zenit-raket kompleksi məhv edilib.

Diplomat diqqətə çatdırıb ki, Azərbaycan özü separatizmin qurbanıdır. Təcavüzkar separatizm Qarabağ müharibəsinin başlanmasının əsas səbəbidir. Azərbaycan hökuməti dünyanın bütün nöqtələrindəki separatizmi pisləyir. Azərbaycanın və İranın müvafiq qurumları...

15
Oktyabr

15 Oktyabr

Yaponiyanın “FAB news” “YouTube” kanalının tamaşaçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlandırılıblar.

Kanalın aparıcısı Fabiola Tsuqami-Şibanın suallarını cavablandıran Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizin tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa və digər ərazilərə ermənilər XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən köçürülüblər. Ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi Rusiya İmperiyasının siyasətinə çevrilib və nəticədə bu...

15
Oktyabr

15 Oktyabr

Özbəkistanın “Interfax.uz”, “qalampir.uz”, “orol24.uz”,”human.uz”portalları Ermənistan silahlı qüvvələrinin qədim Gəncənin və Mingəçevirin mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində məqalələr verib.

Materiallarda deyilir: “Moskvada humanitar atəşkəs rejimi razılaşdırıldıqdan dərhal sonra Ermənistan ərazisindən Gəncə və Mingəçevir şəhərlərinin ballistik raket atəşinə tutulması beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur. Bunun...

15
Oktyabr

15 Oktyabr

Tacikistanın “faraj.tj” portalı Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması haqqında tacik dilində geniş material yerləşdirib.

Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəş nəticəsində çoxlu dağıntılar var, 10 adam həlak olub, 34 nəfər yaralanıb. Onların arasında uşaqlar və qadınlar var.

Yazıda bildirilir ki, Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu 1949-cu il Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir və Ermənistan...

15
Oktyabr

15 Oktyabr

Nex24.news” xəbər portalında Milli Məclisin Sədr müavini Adil Əliyevin müəllifliyi ilə “Ermənistan 28 ildir ki, azərbaycanlı mülki əhalini qətlə yetirir” adlı məqalə dərc edilib. 

Məqalədə bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı təcavüzə başladığı bildirilir. Həmin tarixdən etibarən Ermənistan Azərbaycanda mülki əhalinin yaşadıqları evləri hədəfə alır. Cəbhə xətti ilə heç bir əlaqəsi olmayan və ondan...