
Zəfərin yolu
Hər hansı bir dövlət tərəfindən uşaqların əsgər kimi istifadə olunması beynəlxalq hüquqla qadağan edilib.
Bunu ukraynalı ekspert Aleksandr Merejko deyib.
O bildirib ki, əgər Ermənistan hakimiyyətinin uşaqları döyüş əməliyyatlarında istifadə etməsi doğrudursa, o zaman beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışa bilərik:
“2000-ci il Uşaq hüquqları Konvensiyasının fakültativ protokoluna əsasən, bu sənədə üzv dövlətlər 18 yaşa çatmayan şəxslərin silahlı qüvvələrə...
Oktyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ciddi ziyan dəyib.
Məktəbin həyətinə top mərmisinin atılması nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.
Xatırladaq ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində ciddi zərər dəyib.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Oktyabrın 15-i düşmən növbəti dəfə məqsədli şəkildə dinc sakinləri hədəfə alıb.
Ermənistan ordusu Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığı dəfn mərasimi zamanı ağır artilleriyadan atəşə tutub.
Qəbiristanlığın qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin vaxt orada olan şəhər sakinləri...
Azərbaycan öz haqlı mövqeyi uğrunda mübarizə aparır. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da bu mövqeni nümayiş etdirəcək.
Bu fikirləri Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun sədri Aleksandr Litvinenko söyləyib.
Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini deyən A.Litvinenko bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi əməliyyatlar keçirir.
“Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü təmin...
Azərbaycan bu mübarizədə tamamilə haqlıdır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycana məxsus olan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri bu günədək yerinə yetirilməyib.
Bu sözləri ingiltərəli şair, yazıçı, dramaturq, aktyor və rejissor Devid Uilyam Perri bildirib.
Devid Perri Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi ilə bağlı deyib: “Mən illər öncə Gəncəyə səfər etmişəm və mətbuatdan oraya olan hücumla...
Müharibə ciddi işdir. Amma gülüş də kifayət qədər ciddi silahdır. Ona görə, informasiya savaşında karikaturalardan da istifadə etmək vacibdir.
Torpaqlarımızı azad etmək uğrunda Vətən Müharibəsi başlayandan bu yana ölkənin yeganə karikatura saytı olan kirpi.info ancaq bu istiqamətdə çalışır.
Karikaturalarda erməni tərəfin yalanları, miskinliyi ifşa olunur.
Ermənistan nə istəyir, yaxud, “Qəribə müharibə”
İkinci Dünya Müharibəsinin 1939-cu ilin sentyabrından 1940-cı ilin mayına qədər olan dövrü tarixdə “Qəribə müharibə” adlanır. İngilislər buna “Phoney War” deyirlər. Söhbət ondan gedir ki, müharibəni aparmağın da bir qaydası, üsulu, forması, məntiqi olmalıdır. Müharibə odur ki, niyyətimizi, şərtimizi ortaya qoymuşuq və onun uğrunda döyüşürük. Əks halda bu müharibə ən yaxşı halda “qəribə” olur.
Əgər iki ölkə münasibətlərini müharibə...
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Azvision.az xəbər verir ki, düşmən 15 oktyabr tarixində yenidən rayon ərazisində dinc sakinləri hədəfə alıb.
Belə ki, Ermənistan ordusu qəbiristanlığa dəfn mərasiminə gələn şəxslərin yerləşdiyi əraziyə top mərmisi atıb. Nəticədə 3 mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb.
Xocavəndlilər işğaldan azad edilmiş torpaqların qələbə sevincini yaşayır.
Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar. Xocavənd qəsəbəsinin sakinləri öz sevinclərini bölüşüblər.