12
Oktyabr

12 Oktyabr

Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib (Azərtac)

Ön xəttə Azərbaycan Ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini xaincəsinə artilleriya atəşinə tutur. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtər rayonunda da yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananar olub, evlərə, infrastruktura ciddi ziyan dəyib.

İlkin məlumata görə, Tərtər şəhərində və rayonun kəndlərində...

12
Oktyabr

12 Oktyabr

Sergey Taruta: Dinc sakinlərin müharibənin qurbanı olmasını görmək çox kədərlidir (Azərtac)

Mən Azərbaycanı çox sevirəm. Dağlıq Qarabağda baş verən hadisələrin gedişatından narahatıq. Elan olunan humanitar atəşkəsdən heç bir sutka keçməmiş Gəncə şəhərinin raketlə vurulması təəssüf doğurur. Dinc sakinlərin müharibənin qurbanı olmasını görmək çox kədərlidir.

Bu fikirləri Ukrayna Ali Radasının deputatı Sergey Taruta söyləyib.

Dinc sakinlərin Cenevrə Konvensiyasına əsasən müdafiə olunduğunu bildirən S.Taruta deyib: “Hər bir münaqişə beynəlxalq hüququn prinsipləri çərçivəsində...

12
Oktyabr

12 Oktyabr

Valeri Kolyux: Mülki əhali hərbi münaqişənin iştirakçısı deyil, Gəncə cəbhə xəttindən azı 100 kilometr uzaqlıqda yerləşir (Azərtac)

Dağlıq Qarabağda baş verən hadisələrin gedişatını Ukraynada diqqətlə izləyirlər və biz olduqca narahatıq ki, elan olunan atəşkəs hətta bir sutka davam etmədi. Lakin Gəncədə baş verənlər barədə eşitmək çox ağır və həddən artıq xoşagəlməzdir. Mən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı vermək, həmçinin yaralananlara tezliklə sağalmalarını arzulamaq istərdim. Gəncənin cəbhə xəttindən...

12
Oktyabr

12 Oktyabr

Rusiyalı ekspert: “Ermənistanın Gəncədəki dinc əhalini atəşə tutması hərbi cinayətdir” (Report)

“Ermənistanın Gəncədəki dinc insanları atəşə tutması atəşkəs razılaşması əldə edildikdən sonra törədilən hərbi cinayətdir. Bunlar siyasi və ya hərbi-siyasi rəhbərliyin təsdiqinin tələb olunduğu uzaqmənzilli raket zərbələridir. Yəni bu qərarı ya Nikol Paşinyan, ya da Ermənistan müdafiə naziri Tonoyan verə bilərdi”.

Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Paşinyan bundan xəbərsiz idisə və belə əmr verməyibsə,...

12
Oktyabr

12 Oktyabr

Bir çox ərazilər Azərbaycanın nəzarətinə keçib (Report)

“Xəbər Saatı”nın oktyabrın 12-nə olan xüsusi buraxılışı

12
Oktyabr

12 Oktyabr

Amerikalı analitik: “Ermənistan soyqırım törədir” (AzVision)

Erməni separatçıların lideri Arayik Arutyunyan Azərbaycanı “soyqırımı siyasəti yürütməkdə” günahlandırır, halbuki, bu siyasəti nəinki bu gün, tarixən həyata keçirən məhz Ermənistanın özüdür.

Bunu Rusiya əsilli amerikalı siyasi analitik Andrew Koribko qeyd edib.

“Sovet İttifaqının sonlarına yaxın baş qaldıran etnik münaqişələrin ardınca orada olan bütün azərbaycanlılar Ermənistana qaçmağa məcbur edildilər, erməni separatçıları beynəlxalq səviyyədə tanınmış Qərbi Azərbaycan torpaqlarında yaşayan bir milyona yaxın yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoydu....

12
Oktyabr

12 Oktyabr

Rusiyadan Ermənistana gizli silah tədarükü: Vladimir Bekiş faktları təsdiq edir (AzVision)

Dağlıq Qarabağda döyüşlərin qızğın vaxtında, oktyabrın 3-dən 9-dək olan dövrdə Rusiyadan Ermənistana gedən mülki təyyarələrdə ümumi çəkisi 20 tondan çox olan silah və sursatların "humanitar" adı altında tədarükü həyata keçirilib. Bu barədə yerli mətbuat yazıb.

Bunu rusiyalı hərbi analitik, strateji təhlükəsizlik mütəxəssisi, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş bildirib.

O, Qarabağda intensiv döyüş əməliyyatları dövründə Rusiyanın Ermənistana silah...

12
Oktyabr

12 Oktyabr

Erməni terror təşkilatları (AzVision)

Dünyada erməni terror təşkilatları 100 ildən çoxdur mövcuddur. “Böyük Ermənistan” xülyasının arxasınca düşən bu terror təşkilatlarının bəzilər indi də fəaliyyət göstərir.

"Erməni gizli azadlıq ordusu" (ASOA)

1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Bu terror təşkilatının Fələstin bazalarında hazırlıq keçən mindən artıq doyüşçüsü var. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib.

"Geqan"

2001-ci ilin fevralında ASALA...

12
Oktyabr

12 Oktyabr

İsrailli ekspert: Biz əmin olduq ki, Ermənistan humanizmin nə olduğunu bilmir (Trend)

Gəncənin dinc sakinlərini atəşə tutan hər kəsi beynəlxakq qanunlara uyğun mühakimə etmək lazımdır.

Bunu “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Kiryat Byalik şəhər bölməsinin rəhbəri Sevin Hanukayev deyib.

O bildirib ki, bu əməl əsl soyqırımıdır: "“Smerç”, “Qrad”, “Toçka U” kimi raketləri dinc sakinlərin üzərinə buraxmaq qadağan olunub. Biz əmin olduq ki, Ermənistan humanizmin nə olduğunu bilmir. Ermənistanın bu əməlləri...

12
Oktyabr

12 Oktyabr

Səfir: Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası beynəlxalq hüquqa əməl olunmamasının nəticəsidir (Trend)

Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mövcud vəziyyətin ciddiliyi, bölgədəki sabitliyə və kollektiv təhlükəsizliyə töhfə verə biləcək münaqişənin hərtərəfli həlli üçün BMT qətnamələrində göstərilən siyasi və hüquqi əsaslara qayıtmağın vacibliyini diktə edir.

Bu barədə Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq deyib.

Diplomat qeyd edib ki, münaqişə çərçivəsində vəziyyətin pisləşməsi beynəlxalq hüquqa əməl olunmamasının nəticəsidir: "Görünən...