Zəfərin yolu
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.
Düşmən oktyabrın 7-də gecə saatlarından başlayaraq rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Nəticədə Xındırıstan kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, vətəndaşlara məxsus 1 ev dağılıb,...
Azərbaycan əsgəri oktyabrın 4-də Cəbrayıl şəhərini, rayonun bir neçə yaşayış məntəqəsini, o cümlədən Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərini işğalçılardan təmizləyib. Ondan bir gün əvvəl - oktyabrın 3-də isə Tərtər rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi azad olunub. İndi bu kəndlərdə Azərbaycan bayrağı...
Azərbaycan əsgəri oktyabrın 3-də Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdurahmanlı kəndini işğalçılardan təmizləyib. Bir gün sonra - oktyabrın 4-də isə Cəbrayıl şəhəri, rayonun bir neçə yaşayış məntəqəsi, o cümlədən Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri azad olunub. İndi bu kəndlərdə Azərbaycan bayrağı dalğalanır....
Azərbaycan əsgəri ilə üz-üzə döyüşməkdən qaçan erməni faşistləri mülki əhalini hədəf almaqda davam edirlər. Bu təxribatın törədilməsində məqsəd dinc sakinləri təşvişə salmaqdır.
Hədəf alınan yaşayış məntəqələrimiz arasında Füzuli rayonunun kəndləri də var. Düşmən bu gün yenidən Füzulidə dinc sakinlərin məskunlaşdığı kəndləri ağır artilleriyadan atəşə tutub, evlər dağılıb, infrastruktura ciddi ziyan dəyib.
Kənd sakinləri bildirirlər ki, əsgərlərimiz düşmənə layiqli cavab verirlər....
Azərbaycan Ordusunun hücumları qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriya qurğularından və raket sistemlərindən atəşinə tutmaqda davam edir.
Ermənistan silahlı bölmələrinin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Qaradağlı kəndidir. Düşmənin terror əməlləri nəticəsində Qaradağlı kəndində 1 ev dağılıb, 8 evə, infrastruktura, kənd təsərrüfatına...
“Report” TV-nin efirində yayımlanan “Xəbər Saatı”nın oktyabrın 7-nə olan xüsusi buraxılışı
Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən erməni ordusu mülki əhalinin yaşadığı əraziləri atəşə tutmaqla hərbi cinayətlərini davam etdirir.
Bunu hərbi ekspert Rəhman İsgəndərov deyib.
Ekspert bildirib ki, Ermənistan məğlubiyyətə uğradığından Azərbaycan əhalisi arasında bir panika yaratmaq istəyir: "Onlar mülki şəxsləri atəşə tutur ki, döyüşən ordunun arxasındakı xalq qaçsın. Amma şükür Allaha ki, bu gün bizim xalqımız, ölkəmiz, dövlətimiz, Prezidentimiz...
Azərbaycanın Dağlıq Qarabağ münaqişə zonasından kənardakı şəhərlərinin Ermənistan tərəfindən bombalanması Azərbaycanı Ermənistan ərazisinə cavab hücumlarına vadar etmək cəhdləridir.
Bunu Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.
O bildirib ki, münaqişədəki indiki gərginlik, daha doğrusu Ermənistanın münaqişə zonasından kənardakı şəhərləri bombalaması proqnozlaşdırılan hadisədir:
“Ermənistanın bu hərəkətlərində bir neçə məqsəd sezmək olar. Ən aşkar...
Fransa Prezidenti Emmanuel Makronun bəyanatları Fransanın ATƏT Minsk qrupunda qərəzsizliyini şübhə altına qoyur.
Bunu Niderland Senatının keçmiş sədri Rene van der Linden deyib.
O bildirib ki, ATƏT Minsk qrupu Ermənistana kifayət qədər təzyiq göstərə və Dağlıq Qarabağ münaqişəsinin həllini tapa bilmədi:
“Errməni qoşunlarının Azərbaycan ərazisinə hücumu beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınıb, ona...
Ordumuzun Qarabağda apardığı antiterror əməliyyatının ilk saatlarından etibarən Azərbaycan tərəfi düşmənin itkiləri arasında yalnız Suriyadan deyil, Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli çoxsaylı muzdlu döyüşçünün olması barədə kəşfiyyat məlumatları alıb.
Təbii ki, ermənilər bu itkiləri gizlətməklə və onların tərəfindən muzdluların iştirakını inkar etməklə kifayətlənmir, eyni zamanda Azərbaycanı guya “muzdlu əsgər” cəlb etməkdə günahlandırmağa çalışır.
Əlbəttə ki, erməni təbliğat maşınının bu cür...
Azərbaycan Ordusu keçirdiyi əks-hücum əməliyyatında düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsini davam etdirəcək. Qoşunlarımız azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlər həyata keçirir.
İşğaldan azad edilən ərazilərin sahəsini genişəndirilən Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan işğalçıları, əllərində olan ən əhəmiyyətli silahlarından istifadə edirlər. Lakin düşmən əlində olan ən əhəmiyyətli silahlarını onu əzən Azərbaycan əsgərinə qarşı deyil, günahsız mülki...
Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya üçüncü ölkələri, Rusiya və Türkiyəni də çəkərək, təxribat yaratmaq istəyir. Bununla beynəlxalq ictimaiyyətdən dəstək ala biləcəyini düşünür.
Bunu Ankara Rusiya Araşdırma İnstitutunun rəhbəri, Ankara Yıldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz deyib.
Onun sözlərinə görə, Ermənistanın Suriyadan muzdlu döyüşçülərin guya Azərbaycan tərəfindən gətirilməsinə dair irəli sürdüyü absurd iddia əslində, Fransa, ABŞ və Rusiya kimi ölkələrin dəstəyini almaq məqsədi...