
Zəfərin yolu
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təxribatları və Vətənimizdə baş verən son hadisələr barədə ətraflı məlumatlar verməyə çalışırlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Niderlanddakı “Life24” internet kanalının “Hollanda gündəmi” proqramına telefonla qoşulan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev...
Meksikanın geniş oxucu kütləsinə malik “El Heraldo de Mexico” (Səfir işğal olunmuş torpaqların boşaldılmasına çağırır) və “Reforma” (Azərbaycan ərazisi işğal altındadır) qəzetlərində Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və işğalçı dövlətin son hərbi təcavüz aktı ilə bağlı müsahibələri dərc olunub.
Səfirlikdən bildirilib ki, hər iki müsahibədə münaqişənin yaranma səbəbləri və Meksika ictimaiyyətinin bilməli olduğu kilid elementlər barədə danışan M.Talıbov, bu xüsusda Dağlıq Qarabağın mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq...
Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” adlı məqalə dərc edilib.
Məqalədə Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərinə yer verilib.
Müsahibə zamanı Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişə zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulayıb. Eyni zamanda, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə...
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatları barədə növbəti veriliş yayımlanıb.
Verilişin aparıcıları Kazuyasu İşida və Yasuhiro İşibaşi artıq 10 gündür davam edən və bütün dünya mətbuatının diqqətini özünə çəkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsinin illərdir Ermənistan ordusu tərəfindən işğal altında saxlanıldığı vurğulanıb. Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlardan çıxılmaz vəziyyətə düşən Ermənistanın Azərbaycanın bir...
Mərakeşin “Hespress” portalı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri, politoloq Mehman İsmayılovun “Azərbaycan - terrorizmə qarşı beynəlxalq koalisiyanın fəal üzvü” adlı məqaləsini yayıb.
Məqalədə bildirilir ki, bu gün Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab...
Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Bu barədə Monteneqronun nüfuzlu CDM informasiya portalı yazıb.
Seyran Mirzəzadə mətbuat konfransında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərinə qarşı növbəti təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib.
Qeyd edib ki, əks-hücum əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilərdə aparılır. Diqqətə çatdırılıb ki, Azərbaycan öz tarixi, əzəli torpaqlarını işğaldan...
Misir və Sudan KİV-lərində Azərbaycan xalqının Vətən müharibəsi haqqında materiallar yerləşdirilməkdə davam edir.
Sudanın “Bajnews” portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatlar yayıb. Qeyd edilib ki, dövlətimizin başçısı atəşkəsin yalnız işğalçı Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasından sonra mümkün olacağını vurğulayıb.
Nüfuzlu “Gomhuriaonline” saytında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Ermənistanın hərbi əməliyyatlarda İraqdan və Suriyadan muzdlu döyüşçülər gətirməsi ilə bağlı yaydığı səs yazıları barədə xəbər yerləşdirilib.
“Aldiplomasy” internet nəşri...
Son bombardmanlar nəticəsində Azərbaycan mədəni irsinin məhv edilməsi ölkə vətəndaşlarını şoka salıb. UNESCO-nun mədəni irs siyahısına salınmış mədəni irs nümunələri böyük təhlükə altındadır. Tarixçilər və arxeoloqlar 1954-cü ildə Silahlı Münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasını, 1972-ci il UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunması Konvensiyasını bir daha xatırladırlar. Ziyalılar qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasından qəzəblənir və Füzuli bölgəsindəki döyüşlər zamanı...
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yerli jurnalistlər üçün mətbuat konfransı keçirilib.
Səfirlikdən bildiriblər ki, mətbuat konfransında səfir Rəmzi Teymurov Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü, hazırda cəbhə bölgəsində yaranmış vəziyyət haqqında məlumat verib. Münaqişənin tarixindən danışan səfir bildirib ki, bəzi Qərb, o cümlədən bir neçə Cənubi Koreya KİV-də Dağlıq Qarabağın “mübahisəli bölgə” kimi təqdim edilməsi təəssüf doğurur. Çünki beynəlxalq sənədlər Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını...
Misirin “Sotbaladna” (“Ölkəmizin səsi”) qəzeti Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun işğalçı Ermənistanın Qarabağda məscidləri donuz fermasına çevirməsindən bəhs edən müsahibəsini yayıb.
Müvafiq fotoşəkillərin də əlavə olunduğu müsahibədə qeyd artıq 30 ilə yaxındır Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal altında saxlayan Ermənistanın tarixi-mədəni abidələri məhv, müqəddəs məscidlərimizi təhqir etdiyi qeyd olunub. Bununla bağlı İslam Əməkdaşlıq Təşkilatına, müsəlman ölkələrinə mütəmadi olaraq məlumatlar çatdırılıb, KİV-lərdə ermənilərin bu çirkin əməlləri...
Ukraynanın nüfuzlu KİV-ləri Ermənistanın hərbi təxribatları, Azərbaycan Ordusunun uğurlu əks-həmləsi barədə məlumatlar yaymaqda davam edir.
“RBK-Ukrayna”, UNİAN, "Obozrevatel", “İnterfaks-Ukrayna”, Ukrinform informasiya agentliklərində, “Seqodnya”, QORDON nəşrlərində dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24”, “1+1”, “Pryamoy” telekanallarında yayımlanan reportajlarda Ermənistanın münaqişənin həllində güzəştə hazır olması, Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalması, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə raket hücumu barədə məlumatlar...
Fransa bitərəf olmadığı üçün Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu oynaya bilməz.
Bu fikir Fransanın “La Croix” qəzetinin Azərbaycan səfiri Rəhman Mustafayevin mətbuat konfransından sonra dərc etdiyi “Azərbaycan Fransanın Dağlıq Qarabağla bağlı qərəzliliyinə etiraz edir” adlı məqaləsində yer alıb.
Məqalədə mətbuat konfransında Ermənistanla Azərbaycan arasında gedən döyüşlərlə bağlı Fransanın mövqeyinə dair səfirin şikayətlərini gizlətmədiyi bildirilir.
Qeyd edilir ki, səfir Fransanın vasitəçilik fəaliyyətinin yararsız olduğunu deyərək, Fransadan beynəlxalq hüquqa...