
Zəfərin yolu
Ermənistan silahlı qüvvələri Tərtərdə rayon mərkəzini, qəsəbə və kəndləri, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Oktyabrın 1-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində, rayonun Şıxarx qəsəbəsində, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində, Yuxarı Qapanlı, Əskipara, Seydimli kəndlərində evlərə ciddi ziyan dəyib.
Həmçinin infrastruktura, kənd təsərrüfatı texnikalarına ziyan dəyib, mal-qara tələf olub.
Erməni təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəfə alan düşmən Füzulinin Arayatlı kəndini də artilleriya atəşinə tutub.
Atılan mərmilər nəticəsində bir neçə evə ziyan dəyib.
Kənd sakini Vüqar Xudiyev bildirib ki, düşmən tərəfindən atılan mərmi həyətinə düşüb. Evin damı, divarları, həmçinin həyətdə olan traktor, su boruları yararsız vəziyyətə düşüb.
Həmçinin erməni faşistləri Füzulidə yerləşən ölkə əhəmiyyətli...
Erməni hərbçiləri müharibə cinayətlərini davam etdirərək dinc sakinləri hədəf alırlar.
Düşmən Horadiz şəhərində bir sıra evləri və obyektləri artilleriya atəşinə tutub. Nəticədə bir neçə ev, geyim və tikinti materialları mağazası, yeməkxana, dərzi sexi, stomatoloq binası ciddi ziyan görüb.
Horadiz sakinləri düşmənin dinc sakinləri hədəf almasına baxmayaraq, doğma yurdlarını tərk etməyəcəklərini və qələbə sorağını eşidəcəkləri günün uzaqda olmadığını vurğulayıblar....
Ermənistan ordusu Goranboy rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.
Düşmənin atdığı top mərmisi rayonun Yenikənd kəndində Seymur Mustafayevin evinə düşüb. Evə ciddi ziyan dəyib.
Ev sahibinin qardaşı Səbuhi Mustafayev bildirib ki, hadisə səhər saatlarında baş verib. Ev və içindəki əşyalar yararsız hala düşüb: “Xoşbəxtlikdən evdə olan qardaşım həyətdə imiş. Ermənilər kəndi hədəf alırlar. Özü də ancaq mülki...
Sentyabrın 27-i səhər saatlarından başlayaraq Ermənistan silahlı bölmələrinin hücumuna əks-həmlə ilə cavab verən Azərbaycan Ordusunun ağır zərbələri qarşısında xeyli sayda canlı və hərbi-texniki itkilərə məruz qalan düşmən cəbhəboyu kəndləri və dinc sakinləri atəşə məruz qoyur.
Hazırda bütün cəbhəboyu ağır döyüşlərin davam etdiyi bir vaxtda ən çox düşmən təxribatına məruz qalan yaşayış məntəqələrindən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir.
Rəşadətli Ordumuzun əks-həmləsi...
Düşmən Ağdam rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir. Rayonun Gül Baharlı kəndində Məzahir İsmayılovun evi dağılıb, Rəşid Vəliyevin evinə, yardımçı tikiliyə və məktəb binasına ziyan dəyib.
Məzahir İsmayılov bildirib ki, kənd artilleriya atəşinə tutulan zaman həyətdə olub: “Hadisə gecə saatlarında baş verdi. Həyətdəki yardımçı binada yatmışdım. Güclü partlayış səsinə oyandım. Gördüm ki, mərmi evin...
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.
Düşmənin növbəti hədəfi Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Birinci Baharlı qəsəbəsi olub. Mərmilərin düşməsi nəticəsində qəsəbədə məcburi köçkünlərin...
Ermənistanın işğal etdiyi ərazilərin hərbdən başqa yolla azad edilməsi mümkün deyil.
Bunu iranlı ekspert Ümid Şükri deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın 20% torpağını işğal edib. Beynəlxalq hüquq və ictimaiyyət bu məsələni qəbul etməyib.
Şükri əlavə edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar addımlar atmaq istəsə də, bütün...
Azərbaycan haqlı mübarizəsində lazımı addımlar ataraq illərdir işğal altında olan torpaqlarını azad etmək üçün öz iradəsini ortaya qoyub.
Bunu Türkiyənin sabiq Avropa İttifaqı İşləri üzrə naziri, hazırda ölkənin Praqadakı səfiri Egemen Bağış deyib.
Diplomat qeyd edib ki, Türkiyə Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləyir: “Türkiyədə dövlət başçısından tutmuş sadə vətəndaşa qədər, 85 milyon insan...
Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatları nəticəsində əks-hücumlara başladı. Hazırda cəbhədə gərgin döyüşlər gedir. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin mövqelərini, o cümlədən dərinlikdəki mövqelərini dəqiq atəşlərlə məhv edir. Hazırda Azərbaycan Ordusu Ermənistan birləşmələrinin üzərində böyük üstünlük əldə edib.
Bunu türkiyəli tanınmış hərbi ekspert Abdullah Ağar deyib.
O qeyd edib ki, bu müharibəyə reallıqdan baxmaq lazımdır: “Burada insanlar canlarından keçir...
“Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın “Russia-1” telekanalındakı çıxışları Rusiya tamaşaçıları üçün olduqca əlamətdar hadisədir”.
Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova dilə gətirib.
Ekspertin qənaətincə, Prezident İlham Əliyev Azərbaycanın bu münaqişədə haqlı tərəf olduğunu rusiyalı tamaşaçılara çatdırmağı bacarıb: “Prezident İlham Əliyev öz mövqeyini tamaşaçılara çatdıraraq Azərbaycanın haqlı tərəf olduğunu inamla və aydın şəkildə izah etməyi bacarıb. Bununla...
"Vəziyyət açıq-aydın göz qabağındadır. Hamı təlaş içində qələbə xəbərini gözləyir. Ordumuza dəstəyik və bunu hər zaman göstəririk".
Bu fikirləri karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev cəhbə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib.
35 yaşlı idmançı Ermənistan millisinin və İtaliya "Roma"sının futbolçusu Henrik Mxitaryanın Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: "Mxitaryan yatıb-yatıb indi özündən fikirlər çıxarır. Bütün əsrlər boyu dünya...
“Mən həmişə bu fikirdə olmuşam ki, uzun illərdir həlli dondurulmuş bütün münaqişələr, xüsusən də Cənubi Qafqaz kimi strateji bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi potensial təhlükə ocağıdır. Bu münaqişə təxirəsalınmadan həll olunmalıdır və beynəlxalq hüququn tələbləri vaxtında yerinə yetirilməlidir. Əks halda bu hərbi toqquşmalarla, insan tələfatı ilə nəticələnir ki, bu da bizim üçün qətiyyən xoş hal deyil”.
Bunu Polşa Seyminin deputatı Silvestr Xruş (Sylwester...
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
"Keçmiş xüsusi təyinatlı olaraq Azərbaycan Ordusunun müharibəyə başladığını ilk dəfə eşidəndə qisas və torpaqlarımızı azad edəcəyimiz hissi keçirdim".
Bunu Qarabağ qazisi Eşqin Hüseynov deyib. O, əminliklə bildirib ki, tez bir zamanda Ordumuz torpaqlarımızı azad edəcək, işğala son qoyacaq:
“Yaşından asılı olmayaraq hər kəsin orduya yazılmaq istəməsini, sosial şəbəkələrdəki paylaşımlardan və gündəlik həyatımızda insanların vətənpərvərliyini müşahidə edirəm. Hər kəs bu şərəfli...
"Biz səkkiz nəfər idik. Yeddi şəhid qardaşım və mənim yarım qalmış missiyamız var. Səkkizinci olaraq mənim bu missiyanı yerinə yetirmək kimi mənəvi borcum var. Bu dəqiqə orada olub, döyüşçülərimizlə çiyin-çiyinə döyüşüb, missiyanı tamamlamaq istəyirəm".
Bunu keçmiş döyüşçü və qazi Aqil Əhmədov deyib. Bildirib ki, ehtiyatda olan, köhnə döyüşçülər kimi onlar da döyüşmək istəyir:
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə...