30
Sentyabr

30 Sentyabr

Moldovanın nüfuzlu “timpul.md” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan ordusunun təxribatları ilə bağlı bəyanatında səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.

Məqalədə H.Hacıyevin fikirlərinə istinadla yazılır: “Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata...

30
Sentyabr

30 Sentyabr

Bolqarıstanın “Fokus” xəbər agentliyi, “Cross” və “Novinita” xəbər portalı, eləcə də “Standard” qəzeti Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını və cəbhədə baş verən gərgin döyüşlər barədə məlumat yayıblar.

Bolqarıstan ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları da çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00...

30
Sentyabr

30 Sentyabr

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun “London Post” qəzetində “Cənubi Qafqazda yeni müharibənin necə başlanması haqqında qısa məlumat” başlıqlı məqaləsi dərc edilib.

Təmas xəttində baş vermiş son hadisələrə həsr olunmuş məqalədə müəllif Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qeyri-qanuni olaraq yerləşən Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozduğunu və yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinin deyil, həmçinin dinc əhali və mülki infrastrukturların da hədəf alındığını yazır. Bildirilir ki,...

30
Sentyabr

30 Sentyabr

“Al Jazeera” telekanalı Tərtər rayonundan reportaj hazırlayıb.

Kanalın Tərtərə ezam olunmuş müxbiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verir, rayonun ağır artilleriya hücumuna məruz qaldığını bildirir.

Reportajda mülki infrastruktura da hücum edildiyi, ölənlər və yaralananların olduğu vurğulanır. Mülki infrastruktura, yaşayış binalarına dəyən ziyanla bağlı görüntülər təqdim edilir. Qeyd olunur ki, Azərbaycan tərəfi Ermənistanın 30 ildən bəri işğal altında saxladığı əraziləri azad etməyə çalışır. Ermənistan ordusu yaşayış yerlərinə, eləcə...

30
Sentyabr

30 Sentyabr

Moldovanın nüfuzlu “timpul.md” portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın növbəti silahlı təxribatına dair sosial şəbəkə səhifələrində paylaşımı dərc edilib.

“Mehriban Əliyeva: Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!” sərlövhəli məqalədə Birinci vitse-prezidentinin fikirlərinə geniş yer verilib.

Məqalədə birinci xanımın paylaşımındakı aşağıdakı fikirlər də sitat gətirilib: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə...

30
Sentyabr

30 Sentyabr

“Al Jazeera” telekanalı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla bağlı daha bir reportaj hazırlayıb.

Reportajda Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan Ordusunun əks-hücumları barədə məlumat verilir. Reportajda Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinə istinadla məlumatlar diqqətə çatdırılır. Azərbaycan Ordusunun döyüşlərin miqyasını genişləndirdiyi qeyd edilir.

Kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri toqquşmaların davam etdiyini, mülki obyektlərin də atəşə məruz qaldığını bildirir.

Reportajda Azərbaycan Prezidenti ilə BMT-nin Baş katibi arasında videokonfrans...

30
Sentyabr

30 Sentyabr

Yaponiya saytı: Türkiyənin Azərbaycana suriyalı muzdlular göndərməsi barədə məlumat yalandır.

Bu fikir Yaponiyanın news.yahoo.co.jp saytının sentyabrın 30-da yaydığı Tokio Universitetinin professoru Hiroyuki Aoyamanın “Mürəkkəb informasiya və Türkiyə tərəfindən Azərbaycana göndərilən suriyalı muzdlular barədə təbliğat” adlı analitik məqaləsində öz əksini tapıb.

Məqalədə professor sentyabrın 27-dən Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda başlanan qarşıdurma barədə yapon oxuculara məlumat verir. Qeyd edir ki, ağır artilleriyanın, iri çaplı silahların tətbiq olunduğu döyüşlər sentyabrın 28-də...

30
Sentyabr

30 Sentyabr

Misirin “Aldiplomasy” internet nəşri, “Youm7” informasiya portalı və “Gomhuria” qəzeti Azərbaycan Müdafiə Nazirliyinin məlumatını, Hərbi İnformasiya Mərkəzinin brifinqini yayıb.

Misir ictimaiyyətinə Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu əks-hücum əməliyyatı, Ermənistan qoşunlarına endirdiyi sarsıdıcı zərbələr barədə ətraflı məlumat verilib.

Misirin “Alwasela” internet nəşri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ermənilərin saxta məlumatlar yayması ilə əlaqədar açıqlamasını yayıb.

30
Sentyabr

30 Sentyabr

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub.

Diplomat məqalədə Ermənistan tərəfinin son aylardakı təxribatlarının bu gün baş verənləri təxmin etməyə imkan verdiyini bildirir. Qeyd edilir ki, hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şiddətli canlanma dövrünü yaşayır, Ermənistan silahlı qüvvələri bu saatlarda qəsdən və bilərəkdən Azərbaycanın mülki şəxsləri və...

30
Sentyabr

30 Sentyabr

Rusiyanın “Nezavisimaya qazeta” nəşri ermənilərin Dağlıq Qarabağda gedən döyüşlərdə türk izi axtarmasına münasibət bildirib.

Qəzetin “Qarabağda türk izi mövzusu Rusiya üçün tələyə bənzəyir” başlıqlı məqaləsində müəllif Georgi Alekseyenko yazır ki, Dağlıq Qarabağda alovlanan müharibə Türkiyə ilə Rusiya arasında fikir ayrılığı olması barədə söz-söhbətlərə yol açıb. Erməni rəsmiləri münaqişədə Ankaranın iştirakını açıq şəkildə bəyan edirlər. Lakin bu iddialar inandırıcı sübutlara əsaslanmır.

Ermənilərin Türkiyəyə məxsus “F-16” qırıcı təyyarəsinin Azərbaycan tərəfindən döyüşlərdə...

30
Sentyabr

30 Sentyabr

“Euractiv” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Üçüncü tərəflərin neytrallığı Ermənistan-Azərbaycan münaqişəsinin həllini necə uzadır?” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə xüsusilə beynəlxalq ictimaiyyətin və vasitəçilərin “balanslı yanaşma” siyasətinə diqqət çəkilir. Bildirilir ki, Sovet İttifaqının dağılmasından, Ermənistanla Azərbaycan arasında münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsindən sonra beynəlxalq vasitəçilər, siyasətçilər və ekspertlər münaqişənin həllinə dair həll yolu axtarırlar. Müəllif qeyd edir ki, sülh danışıqları üzrə klassik...

30
Sentyabr

30 Sentyabr

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Bolqarıstan Milli Televiziyasının “Dünya və Biz” verilişində müsahibəsi yayımlanıb. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.

N.Qurbanova sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı təcavüz törətdiyini bildirib.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın...

30
Sentyabr

30 Sentyabr

Almaniyanın tanınmış “Nitro” jurnalının internet səhifəsində “Dağlıq Qarabağ: Diplomatiyanın sonu müharibə gətirdi” adlı məqalə yayılıb.

Məqalədə Azərbaycan ərazisi olan və Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda bir neçə gündür şiddətli döyüşlərin getdiyi bildirilir. Almaniya parlamentində Cənubi Qafqaz parlament qrupunun rəhbəri Barbara Hendriks “Deutsche Welle“ üçün müsahibəsində bildirib ki, ən böyük problem Ermənistanın beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etməyə heç zaman razılıq verməməsidir: “Mən kimin indiki vəziyyətin gərginləşməsi...

30
Sentyabr

30 Sentyabr

Avropanın “EU Today” media platforması “Dağlıq Qarabağ: Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzü” sərlövhəli məqalə yayıb.

Məqalədə sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca vəziyyəti gərginləşdirməsindən, hərbi və mülki hədəfləri artilleriya hücumuna məruz qoymasından bəhs edilir. Yazıda, həmçinin Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzünə qarşı Azərbaycanın layiqli cavab verdiyi və hətta işğal altındakı bəzi ərazilərə nəzarəti də bərpa etdiyi qeyd olunur.

30
Sentyabr

30 Sentyabr

Avstriyanın aparıcı xəbər agentliyi Avstriya Mətbuat Agentliyinin (APA) Ermənistanın Azərbaycana qarşı son təxribatlarına dair məqaləsi dərc olunub.

Ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən təqdim olunan məqalədə iki ölkə arasında 30 ildən bəri davam edən münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal altına düşdüyü, bir milyondan çox azərbaycanlının öz ata-baba yurdundan qovularaq çıxarıldığı və məcburi köçkün həyatı yaşadığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan...

30
Sentyabr

30 Sentyabr

Argentinanın nüfuzlu “La Nacion” qəzetində səfir Rəşad Aslanovun “Ermənistan münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların aparılmasında maraqlı deyil” sərlövhəli müsahibəsi dərc edilib.

Müsahibədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini, habelə mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq ölkəmizə növbəti təcavüzə əl atdığı, nəticədə mülki əhali və hərbi qulluqçular arasında ölən...