30
Sentyabr

30 Sentyabr

Ağcabədinin kəndlərində onlarla ev dağılıb, yaralananlar var: Dünya bu barbarlığa hələ də səssiz qalır (Azərtac)

İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin, eləcə də dövlət əmlakına külli miqdarda ziyan vurulub.

Düşmənin artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Göyük, Hacılar, Minəxorlu, Arazbar,...

30
Sentyabr

30 Sentyabr

Düşmən Zobucuq qəsəbəsini və mərkəzi xəstəxananı hədəf alıb: Erməni faşistlərinin insanlıq əleyhinə cinayətləri davam edir (Azərtac)

Erməni hərbçiləri ağır artilleriyadan istifadə etməklə Füzuli rayonunda məcburi köçkünlər üçün salınan Zobucuq qəsəbəsini və mərkəzi xəstəxananı vurub.

Dinc əhalinin yaşadığı yerləri və hərbi məqsədlər daşımayan xəstəxanalara qəsdən zərbələr endirmək insanlıq əleyhinə cinayət sayılır.

30
Sentyabr

30 Sentyabr

Beynəlxalq ictimaiyyət erməni faşistlərinin dinc sakinləri hədəf almasına hələ də göz yumur: Tərtərin Seydimli kəndindən görüntülər (Azərtac)

Cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilir.

Erməni hərbçilərinin artilleriya atəşinin hədəfi bu dəfə Tərtərin Seydimli kəndi olub. Bu gün atəşə məruz qalan kənddə evlərə ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd...

30
Sentyabr

30 Sentyabr

Erməni hərbçilərinin müharibə cinayətləri: Düşmən dinc sakinləri hədəf alır (Azərtac)

Erməni silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində sentyabrın 30-da saat 8 radələrində...

30
Sentyabr

30 Sentyabr

Erməni faşistləri Qazyan kəndində dinc sakinlərin evlərini artilleriyadan atəşə tutub (Azərtac)

Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtərin Qazyan kəndində mülki sakinlərin evlərinə ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

Düşmən məqsədli şəkildə mülki əhalini hədəf alır.

Kənd sakini Müşfiq Axundov bildirib ki, kənddə demək olar, bütün evlərə zərər dəyib: “Kəndimizə təkcə ötən gün onlarla evə mərmi düşüb. Ordumuza güvənirik, Allah hərbçilərimizi qorusun. İnşallah qələbə bizim olacaq”.

30
Sentyabr

30 Sentyabr

Gürcü ekspert: Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır (Trend)

Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır.

Bunu gürcü ekspert, professor Elquca Kavtaradze deyib.

O bildirib ki, Dağlıq Qarabağ erməni qoşunları tərəfindən işğal olunub:

“Ona görə də Azərbaycan beynəlxalq hüquq baxımından öz tarixi torpaqlarını qaytarmaq hüququna sahibdir. Yəni, Ermənistan Azərbaycana qarşı heç bir iddia irəli sürə bilməz. Ermənistan hökuməti heç vaxt münaqişənin həll ilə bağlı konstruktiv mövqe tutmayıb”.

Ekspert...

30
Sentyabr

30 Sentyabr

Piter Teys: "Azərbaycan bayrağını Şuşa, Xankəndi üzərində dalğalandırmaq vaxtıdır" (Report)

“Azərbaycan dövlətinin öz bayrağını Şuşa, Xankəndi, Füzuli, bütövlükdə Dağlıq Qarabağ üzərində dalğalandırmasının vaxtı yetişib. Azərbaycana məxsus bütün torpaqlar Azərbaycan dövlətinin tam nəzarətində olmalı, bir milyondan çox məcburi köçkün isə doğma yurd-yuvalarına qayıtmalıdır”.

Bu fikirləri amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

O, BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın faşist ordusunun son 30 il ərzində insanlığa qarşı törətdiyi cinayətlərə dünya ictimaiyyətinin diqqətini...

30
Sentyabr

30 Sentyabr

Xoyskinin nəvəsi: "Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq" (Report)

“Azərbaycana dualarımı göndərirəm. İnanıram ki, nəhayət, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlar işğaldan azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”.

Bunu Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi 90 yaşlı Leyla xan Xoyski deyib.

“Səhərdən axşamadək televiziya kanallarını izləyirəm. Türk kanalları Azərbaycandan geniş xəbərlər verirlər. Bəzən Azərbaycan televiziyalarından da xəbər alıram. Elə gözəl, sırayla məlumat verirlər ki, çox sevinirəm. Qulağım bir...