![](https://zefer.az/storage/uploads/items/m63YtIYpEv7qhJWkWpus.jpg)
Zəfərin yolu
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.
İşğalçı Ermənistan hərbçiləri oktyabrın 4-də Bərdə rayonunun Şahvəlilər kəndini artilleriya atəşinə tutub. Kənd ərazisinə 10-dan çox mərmi düşüb, nəticədə 5 evə ziyan dəyib.
Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdəki yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Düşmənin növbəti hədəfi Ağcabədi rayonunun Sarıcalı və Taynaq kəndləri olub. Artilleriya atəşi nəticəsində Sarıcalı kəndində bir ev tamamilə yanıb. Taynaq kəndi ərazisindəki yeməkxanaya top mərmisinin düşməsi nəticəsində 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olub, mülki...
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Füzuli rayonunun Horadiz şəhəri düşmən tərəfindən yenidən artilleriya atəşinə tutulub. Şəhər ərazisinə 30-dan çox mərmi atılıb.
Azərbaycan Ordusu ilə üz-üzə gəlməyə cürət etməyən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.
Ermənistan silahlı qüvvələrinin Gəncəni artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Xəsarət alanlardan biri də 8 yaşlı Banu İbrahimovadır.
Başından yaralanan azyaşlı deyib ki, hadisə səhər saatlarında baş verib və ailəsi ilə birgə evdə olublar: “Səhər otaqda idik. Qardaşım, anam, nənəm, bir də mən. Mərmi atdılar evimizə düşdü. Başımdan yaralandım”.
Qeyd edək ki, erməni hərbçiləri...
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri artilleriya qurğularından atəşə tutmaqda davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.
Düşmənin növbəti hədəfi Ağdam rayonunun Alıbəyli kəndi olub. Təxminən bir saat əvvəl kənd artilleriya atəşinə tutulub. Nəticədə bir nəfər yaralanıb, bir ev dağılıb, bir evə və elektrik təsərrüfatına ziyan dəyib, 7 baş iribuynuzlu...
Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində də mülki sakinlərin evlərinə və təsərrüfatlarına ciddi ziyan dəyib.
Artilleriya atəşi nəticəsində Azad Qaraqoyunlu kəndinə onlarla mərmi atılıb, 4 yaşayış evinə, ibtidai məktəbə, infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, 2 nəfər yaralanıb, mal-qara tələf olub.
Kənd sakini...
Düşmənin Gəncə şəhərini Ermənistan ərazisindən artilleriya atəşinə tutması nəticəsində dinc əhalinin evlərini və tarixi abidələrimizi hədəfə alması erməni barbarlığının sübutudur. Beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr dövlətləri, dünya ölkələri bu vandalizm aktına göz yummamalıdırlar. Düşmən Gəncə əhalisini artilleriya atəşi ilə qorxutmaq istəsə də, bu məqsədlərinə çatmayacaq. Hər bir gəncəli öz ölkəsinin bütövlüyünü bərpa etmək üçün əlində silah...
Xəbər verdiyimiz kimi, işğalçı Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Düşmənin Gəncə şəhərini atəşə tutması nəticəsində mülki şəxslərə, infrastruktura və tarixi tikililərə dəyən ciddi ziyanı əks etdirən video və fotoları təqdim...
Oktyabrın 3-də Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini ağır artilleriyadan atəşə tutub.
Düşmənin atdığı top mərmiləri nəticəsində dinc sakinlərdən ölən və yaralanan var, evlər dağıdılıb, infrastruktura zərər vurulub. 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Eyni zamanda, şəhərin...
Ermənistan silahlı birləşmələri Azərbaycanın qədim şəhərlərindən olan Gəncəni və dinc əhalini raket atəşinə tutması çox acınacaqlı haldır. Ermənilər ön cəbhə ilə arxa cəbhə arasında fərq görmürlər, dinc əhalini əsgərdən ayıra bilmirlər, qadın, uşaq və qocaları öldürürlər. Bu terrordur, vəhşilik və insanlığa yaraşmayan, heç bir müharibə qanunlarına sığmayan qanlı cinayətdir.
Bu sözləri Qafqaz üzrə araşdırmaçı, tarixçi-alim Quram...
Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev ATƏT-in Minsk Qrupunun fəaliyyəti, Türkiyə və Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolu ilə bağlı fikirlərini bölüşüb.
- ATƏT-in Minsk Qrupundan nəticə gözləmək olarmı?
- Demək çətindir. Ermənistanın yeni rəhbərliyi tərəfindən əvvəlki bütün razılaşmalar pozulub. Onlar yekun nəticələri tam düşünməyərək, işğal olunmuş ərazilərdəki sərhəddə və təmas xəttində sərt əməliyyatlarla uğur qazanmaq məqsədilə prosesi sürətləndirmək qərarına...
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhədən uzaq şəhərlərini, qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərini raket atəşinə tutması müharibə cinayətidir.
Bu sözləri Gürcüstanın tanınmış politoloqu Tengiz Txilava deyib.
Onun sözlərinə görə, ermənilər sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribatı törədəndə belə ağır məğlubiyyətə uğrayacaqlarını düşünmürdülər. Ona görə də, indi böyük təşviş və təlaş içindədirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 3-dəki çıxışı bunu...
Təcavüzkar Ermənistan hərbi meydanda uğursuzluğa düçar olduqca daha da aqressivləşir. Əslində Ermənistanın 30 ilə yaxın zaman kəsiyində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi ilə hazırda dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etməsi bir-birini tamamlayan cinayətlərdir. Digər ətraf bölgələrdə olduğu kimi, Gəncəni, dinc əhalini Ermənistan ərazisindən atəşə tutmaq bu forpostun terrorçu mahiyyətidir. Bu hərəkətlər beynəlxalq...
Prezident İlham Əliyevin 1990-cı illərdə sıfır səviyyəsində olan Azərbaycan Ordusunu indiki mükəmməl Silahlı Qüvvələrə çevirməsindən qürur duyuram və buna görə Ali Baş Komandanımıza dərin minnətdarlığımı ifadə edirəm. Son günlərdəki proseslər bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu texniki təchizatına, kadr potensialına və hərbçilərin ruh yüksəkliyinə görə böyük və dinamik inkişaf mərhələsi keçib. Azərbaycan xalqının Ali...
Oktyabrın 3-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Beyləqana atdığı mərmilər nəticəsində şəhər sakinləri - 44 yaşlı Zülfiyyə İsmayılova və onun bacısı, 22 yaşlı Arzu Əsədova həlak olub.
Zülfiyyə İsmayılova və Arzu Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Bundan başqa, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən şəhər sakinləri 38 yaşlı...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bir ailə həlak oldu.un Qərb Mərkəzinin məlumatına görə, dünyasını dəyişənlərdən ikisi uşaqdır.
Uşaqlar dünyanın ən böyük səadətidir. Onlarsız həyatın sevinci yoxdur. İnsan həyatında hər zaman ən məsum, günahsız varlıqlar məhz uşaqlar olub. Hər bir ailənin xoşbəxtlik timsalı, dünyanın sülh rəmzi yenə onlardır. Amma bu xoşbəxtliyə...
“Ermənistan tərəfi artıq Gəncəni atəşə tutmaqla qəsdən Azərbaycanı təxribata çəkir və bununla da hərbi və döyüş əməliyyatları zonasını genişləndirir”.
Bunu “Valday” müzakirə klubunun üzvü Fərhad İbrahimov Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan tərəfdən atəşə tutulmasını şərh edərkən deyib.
“Paşinyan Azərbaycanı qəsdən təxribata çəkir. Ümid edir ki, Bakı da Ermənistana zərbə endirəcək və bununla Yerevan vəziyyətdən istifadə edib KTMT-yə müraciət edə biləcək. Ancaq...
“Beynəlxalq hüquq nöqteyi-nəzərindən, hər hansı hücuma məruz qalan və ərazisi atəşə tuutlan, xüsusən də başqa dövlətin ərazisindən mülki əhalisinə qarşı belə həmlələr olan ölkə de-yure bu zərbələri vuran nöqtələri məhv etmək hüququna malikdir”.
Bunu israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel Ermənistanın Azərbaycanın Gəncə şəhərini atəşə tutmasını şərh edərkən deyib.
“Məsələn, Suriyanın müharibə şəraitində olan ərazisindən dəfələrlə...
Ermənistanın silahlı qüvvələri bu gün səhər saat 10 radələrindən başlayaraq işğalçı hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb. Döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutulub.
Ermənilərin atdığı raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Ölən və yaralananlar var.
Lakin Ermənistanın...
“Biz partiyamız adından bütün münaqişələri, insan tələfatına yönəlmiş addımları və ölkələrin ərazi bütövlüyünün işğalını qətiyyətlə pisləyirik. Hesab edirəm ki, Qarabağ münaqişəsinin uzun illərdir hələ də davam etməsi məhz beynəlxalq öhdəliklərə qarşı olan laqeydliyin nəticəsidir”.
Bunu Latviya Seyminin (parlament) deputatı Yanis Urbanoviç bildirib.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər:
“XXI əsrdə hələ də işğal faktının davam etməsi, sivil...
“Ermənistanın siyasi vəzifəsi döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməkdir. Onlar Azərbaycanı təhrik edirlər ki, onların ərazilərinə zərbə endirilsin”.
Bunu rusiyalı politoloq Sergey Markov Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan ərazisindən atəşə tutulmasına münasibət bildirərkən deyib.
“Ancaq çoxu bilmir ki, KTMT bu vəziyyətdə də müdaxilə etmək qərarına gəlməyəcək, çünki təşkilatın özündə də Azərbaycanın bir çox müttəfiqi var. Türk dünyası ölkələrindən Qazaxıstan...
Ermənilər istər əsrin əvvəllərində, istər Qarabağ müharibəsində, istərsə də bu gün mülki əhaliyə qarşı terror siyasətini regional güclərin dəstəyi ilə davam etdirilər.
Bunu AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, dinc Azərbaycan əhalisinin sıx yaşadığı cəbhə boyu əraziləri...
2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və aviasiyadan istifadə etməklə intensiv şəkildə atəşə tutmaqda davam edir.
Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, ermənilərin mülki əhalini atəşə tutması...
"Məlum olduğu kimi artıq neçə gündür ki, ermənilər azərbaycanın mülki əhalisini atəşə tuturlar. Bir neçə gün bundan əvvəl Cocuq Mərcanlı, Tərtər, Goronboy rayonlarında biz bunun şahidi olurduq". Bunu deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu gündən etibarən isə ermənilərin Gəncəni hədəf seçməklərinin şahidi oluruq. Bu Beynəlxalq qurumların bütün normalarına ziddir. Ermənistanın belə bir addım atması təxribat xarakteri daşıyır. Azərbaycan öz...
"Cəbhə bölgəsindən qaçan çox sayda erməni əsgəri Ermənistan silahlı qüvvələrində döyüş ruhunun olmadığını göstərir". Bu barədə Avropa siyasəti üzrə amerikalı mütəxəssis Piter Teys bildirib.
Mütəxəssisin qeyd edib ki, Ermənistan İrəvandakı korrupsiya və qohumbazlıq və Baş nazir Nikol Paşinyanın dünyanın ən pis texnokratları ilə əlaqələri səbəbindən ordunun maddi və texniki dəstəyində...
"Azərbaycan əhalisi ayıq-sayıq və maksimum diqqətli olmalıdır". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azər Qarayev deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan daim təxribat törətməklə məşğuldur: "Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri təmas xətti boyunca yenidən təxribatlar törətməyə başladılar. Azərbaycan Silahlı Qüvvələri isə düşmənə cavab olaraq əks-həmlə hücumuna keçdi və nəticədə...
Həftənin əsas hadisəsi birdir: Torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən Müharibəsi. Biz ona 3 tərəfdən – Hərbi, Diplomatik və İnformasiya istiqamətlərindən yanaşaraq, aydınlıq gətirməyə çalışacağıq ki:
- Ermənistan niyə lokal münaqişəni qlobal müharibəyə çevirməyə çalışır?
- İki əsrin toqquşması. 21-ci və 20-ci əsrlərin orduları üzləşəndə nə baş verir?
- Ermənilərin qorxulu yuxusu. HAROP necə bir silahdır?
- Azərbaycan müharibəni hara qədər davam etdirəcək?
- FEYKoa mövsümü....
Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal olunmuş ərazilərini azad etməsi rəsmi İrəvan üçün arzuolunmaz mənzərə yaradıb. Ölkəsinin sosial partlayışın bir addımlığında olduğunu görən Paşinyan hakimiyyəti insanları sakitləşdirmək üçün nəinki yalan maşınını işə salaraq dezinformasiyalar yayır, hətta orduya daha çox yaşayış məntəqələrini hədəf almağı tapşırır. Azərbaycan hərbçilərinin döyüş əzmi qarşısında tab gətirə bilməyən...