04
Oktyabr

4 Oktyabr

Yerli media

Latviyalı deputat: Qarabağ münaqişəsinin davam etməsi beynəlxaq öhdəliklərə qarşı olan laqeydliyin nəticəsidir (Report)

“Biz partiyamız adından bütün münaqişələri, insan tələfatına yönəlmiş addımları və ölkələrin ərazi bütövlüyünün işğalını qətiyyətlə pisləyirik. Hesab edirəm ki, Qarabağ münaqişəsinin uzun illərdir hələ də davam etməsi məhz beynəlxalq öhdəliklərə qarşı olan laqeydliyin nəticəsidir”.

Bunu Latviya Seyminin (parlament) deputatı Yanis Urbanoviç bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər:

“XXI əsrdə hələ də işğal faktının davam etməsi, sivil insanların qaçqın yaşaması qlobal səhnələrdə acı mənzərədir. Biz BMT qətnamələrinə əməl edilməsinə çağırırıq”, - Y.Urbanoviç bildirib.

O qeyd edib ki, müasir dünyada beynəlxalq hüququn tələblərinə riayət edilməməsi, beynəlxalq prinsiplərə laqeydlik bütün ölkələr üçün hörmətsizlikdir.

Deputat münaqişədə həlak olan mülki vətəndaşlar ilə bağlı da ciddi narahatlığını ifadə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.