04
Oktyabr

4 Oktyabr

Yerli media

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində yaralananlardan biri də 8 yaşlı qızcığazdır (Azərtac)

Ermənistan silahlı qüvvələrinin Gəncəni artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Xəsarət alanlardan biri də 8 yaşlı Banu İbrahimovadır.

Başından yaralanan azyaşlı deyib ki, hadisə səhər saatlarında baş verib və ailəsi ilə birgə evdə olublar: “Səhər otaqda idik. Qardaşım, anam, nənəm, bir də mən. Mərmi atdılar evimizə düşdü. Başımdan yaralandım”.

Qeyd edək ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.

[upload error]

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.