04
Oktyabr

4 Oktyabr

Yerli media

Erməni faşistləri Ağdamın Alıbəyli kəndini artilleriya atəşinə tutub (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri artilleriya qurğularından atəşə tutmaqda davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.

Düşmənin növbəti hədəfi Ağdam rayonunun Alıbəyli kəndi olub. Təxminən bir saat əvvəl kənd artilleriya atəşinə tutulub. Nəticədə bir nəfər yaralanıb, bir ev dağılıb, bir evə və elektrik təsərrüfatına ziyan dəyib, 7 baş iribuynuzlu mal tələf olub, ot tayası yanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.