04
Oktyabr

4 Oktyabr

Yerli media

Piter Teys: Cəbhə bölgəsindən qaçan çox sayda erməni əsgəri Ermənistan Silahlı Qüvvələrində döyüş ruhunun çatışmazlığını nümayiş etdirir (Trend)

"Cəbhə bölgəsindən qaçan çox sayda erməni əsgəri Ermənistan silahlı qüvvələrində döyüş ruhunun olmadığını göstərir". Bu barədə Avropa siyasəti üzrə amerikalı mütəxəssis Piter Teys bildirib.

Mütəxəssisin qeyd edib ki, Ermənistan İrəvandakı korrupsiya və qohumbazlıq və Baş nazir Nikol Paşinyanın dünyanın ən pis texnokratları ilə əlaqələri səbəbindən ordunun maddi və texniki dəstəyində problemlər yaşayır: "Ermənistan tərəfindən qadın snayperlərdən ibarət tağım və taborların yaradılması geri çəkilmənin son mərhələsidir. Ermənistan terrorçuları dəstəkləyən natamam bir dövlətdir. Ermənistanın terrorçu hökuməti tərəfindən BMT-nin Cenevrə Konvensiyasının və BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması, Avropa Birliyi Şurası, NATO və bir çox digər demokratik təşkilatlar tərəfindən qınanılması lazım olan dəhşətli cinayətlərdir".

P.Teys yaxın gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad ediləcəyinə ümid etdiyini bildirib: "Yaxın zamanda hərbi qələbəni qeyd etmək üçün azərbaycanlı qardaşlarımla qoşulmaq imkanını səbirsizliklə gözləyirəm".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.