05
Oktyabr

5 Oktyabr

ASALA Qarabağ həqiqətlərini yazan jurnalistləri ölümlə hədələyir (AzVision)

“Ermənilər başınızla futbol oynayacaq!”, “Yazınız sizə çox baha başa gələcək!”, “Adları yadda saxlayaq, pıerre plottu... müharibə dövrünün hökmü ölüm hökmüdür!”.

Bu ölüm hədələri Fransanın “La Liberation” qəzetinin jurnalistlərinə beynəlxalq erməni terror təşkilatı - ASALA və onun üzvləri tərəfindən göndərilib.

Son günlər bu və digər erməni təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistləri ölümlə hədələyir və reallıqları gizlətməyə çalışırlar.

“La liberation”...

05
Oktyabr

5 Oktyabr

Ermənistanın müharibə cinayətləri davam edir - Ağcabədi şəhərindən görüntülər (Azərtac)

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək Ağcabədi şəhərini raket atəşinə tutub.

Ağcabədi şəhərinə atılan raketlərdən biri partlamayıb. Qalan iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digəri isə başqa bir evə düşüb. Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi...

05
Oktyabr

5 Oktyabr

Erməni faşistləri Tərtərin Əskipara kənd tam orta məktəbini də hədəf alıb (Azərtac)

Ermənistan silahlı qüvvələri müharibə cinayəti törədərək, Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri artilleriya atəşinə tutmağa davam edir. Nəticədə mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur, infrastruktur sıradan çıxır.

İşğalçı Ermənistan hərbçilərinin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Tərtər rayonunun Əskipara kəndidir. Düşmənin artilleriya atəşləri nəticəsində sentyabrın 27-dən indiyə kimi kəndin ərazisinə 300-dən çox mərmi düşüb....

05
Oktyabr

5 Oktyabr

Ella Romanova: Cəlilabadda yaşayan rus icmasının üzvləri cəbhədən gələn qələbə xəbərlərini böyük sevinclə qarşılayırlar (Azərtac)

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin başladığı tolerantlıq siyasəti ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycanda digər millətlərin və xalqların nümayəndələrinə münasibətdə birgə yaşayış və multikulturalizm ənənələrinin genişləndirilməsində və inkişaf etdirilməsində dünya dövlətlərinə nümunə göstərilə biləcək faktlar yetərincədir. Ölkəmizdə yaşayan etnik azlıqların və müxtəlif millətlərin nümayəndələrinin rahat və mənalı həyat...

05
Oktyabr

5 Oktyabr

“Əsgərlərimizin düşmənə ağır zərbələr vurması bizi daha da ruhlandırır” (Azərtac) ​

Oktyabrın 5-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub.

Gəncəyə atılmış raketlərin şəhər ərazisində yerləşən xəstəxananın, orta məktəbin, mebel fabrikinin yaxınlığına, bazara atılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Düşmənin dinc sakinləri hədəfə alması, artilleriyadan atəşə tutması şəhər...

05
Oktyabr

5 Oktyabr

Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən (Report)

Oktyabrın 5-də Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.

Raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri - 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı İbrahimova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki,...

05
Oktyabr

5 Oktyabr

Döyüşlərin 9-cu günü: düşmənin hücumlarına məruz qalan Tərtərdən reportaj (Report)

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı törətdiyi təxribat nəticəsində başlayan gərgin döyüşlər davam edir.

Düşmən Azərbaycanın dinc əhalisini hədəf alır, mülki vətəndaşlara qarşı dövlət terroru həyata keçirir.

Oktyabrın 5-dək ermənilər Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriya və raketlərdən atəşə tutub. Nəticədə mülki şəxslər həlak olur, yaralılar var. Lakin buna baxmayaraq, Tərtər sakinləri şəhəri tərk etmirlər. 

Şəhər sakinləri Azərbaycan Ordusuna güvəndiklərini bildirirlər....

05
Oktyabr

5 Oktyabr

“Xəbər Saatı”: Azad olunan ərazilərdən görüntülər (Report)

“Report” TV-nin efirində yayımlanan “Xəbər Saatı”nın oktyabrın 5-nə olan xüsusi buraxılışı

05
Oktyabr

5 Oktyabr

Gəncədə mərmilərin düşdüyü ərazilərdən görüntülər (Report)

Cəbhə xəttindəki Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən erməni əsgərləri silah-sursat, hərbi texnika və maşınlarını döyüş meydanında qoyaraq qaçır. Döyüş meydanında uduzduğunu anlayan erməni hərbçiləri mülki əhalini hədəf alıb.

Səhər saatlarında Ermənistan hərbçiləri Gəncə şəhərinə bir neçə mərmi atıb.

Gəncədə mərmilərin düşdüyü ərazilərin ən son görüntülərini təqdim edirik.

05
Oktyabr

5 Oktyabr

“Xəbər Saatı”: Şiddətli döyüşlər davam edir (Report)

“Report” TV-nin efirində yayımlanan “Xəbər Saatı”nın oktyabrın 5-nə olan xüsusi buraxılışı.

05
Oktyabr

5 Oktyabr

“Televizorda Cəbrayılın azad olunması xəbərini eşidəndə uşaq kimi ağladım” - Cəbrayıl sakini (Azərtac)

27 ildir doğma şəhərim Cəbrayıldan ayrı düşmüşəm. Bu illərdə çətinliklərimiz çox olub. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq idi. Şükürlər olsun Allaha! Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində Cəbrayıl işğaldan azad olundu. Tezliklə yurd həsrətimizə son qoyulacaq.

Bu sözləri Cəbrayıl şəhərindən məcburi köçkün Fazil Səfərov deyib.

Fazil Səfərov bildirib ki, Cəbrayılın işğaldan azad olunması xəbərini eşidəndə...

05
Oktyabr

5 Oktyabr

“Evimin dağılması məni sarsıtmır, əsas odur ki, torpaqlarımız azad olunsun” - Mingəçevir sakini (Azərtac)

Sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və kəndlərini mütəmadi atəşə tutmaqla, dinc sakinlərin əmlaklarına və infrastruktura ciddi...

05
Oktyabr

5 Oktyabr

Cəbhə bölgəsində sakinlərin əhval-ruhiyyəsi yüksəkdir - Ağdamın Xındırıstan kəndindən reportaj (Azərtac)

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir. Lakin düşmənin təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur. Yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir.

Düşmənin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Xındırıstan kəndidir. Erməni faşistlərinin artilleriya atəşi nəticəsində kənddə sakinlərə...

05
Oktyabr

5 Oktyabr

Gürcü dini icma sədri: Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin atəşə tutulmasını qətiyyətlə pisləyirik (Azərtac)

Qəhrəman Azərbaycan Ordusunun Qarabağ cəbhəsində əldə etdiyi hərbi uğurlar hər birimizi ürəkdən sevindirir. Cəbhədən gələn qələbə xəbərlərini böyük həvəslə izləyirik. Azərbaycanın qəhrəman əsgərlərinin əks-həmlə hücumuna heç cür tab gətirə bilməyən, döyüş meydanında bir-birinin ardınca məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndləri, o cümlədən Gəncəni, Mingəçeviri...

05
Oktyabr

5 Oktyabr

Erməni hərbçilərinin müharibə cinayətləri davam edir – Bərdədən görüntülər (Azərtac)

Erməni silahlı qüvvələri bu gün yenidən Beyləqan, Bərdə və Tərtər şəhərlərində dinc sakinləri hədəf alıb.

Erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirir. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılır, infrastruktura ciddi ziyan dəyir.

Buna baxmayaraq,...

05
Oktyabr

5 Oktyabr

“Azərbaycan” İstilik Elektrik Stansiyasının direktoru: Ermənistan ordusunun atdığı raket stansiyaya zərər vurmayıb (Azərtac)

Bildiyiniz kimi, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən düşmən mülki şəxsləri hədəfə alır və yaşayış məntəqələrimizi atəşə tutur. Ermənistan silahlı qüvvələri oktyabrın 4-də saat 21.30 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasına raket atıb. Bu, düşmənin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini hədəfə almasının növbəti bariz sübutudur.

Bu sözləri “Azərbaycan”...

05
Oktyabr

5 Oktyabr

Mətyu Brayzə: Ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması onların ümidsiz olmalarından xəbər verir (Azərtac)

Azərbaycan öz torpaqlarını azad edərək irəliləməkdə davam edir. Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Ermənistanın isə Azərbaycanın dinc əhalisini atəşə tutması onların ümidsiz olduqlarından xəbər verir.

Bu sözləri ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə deyib.

Mətyu Brayzə Ermənistanın Azərbaycana raket hücumlarının təxribat xarakteri daşıdığını bildirib. Qeyd edib ki, bununla onlar...

05
Oktyabr

5 Oktyabr

Amerikalı hərbi ekspert: Ermənistan tərəfindən Xızı, Abşeron, Mingəçevir və Gəncənin atəşə tutulması Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi (Trend)

Ermənistan tərəfindən Xızı, Abşeron, Mingəçevir və Gəncənin atəşə tutulması Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi.

Bunu amerikalı hərbi ekspert Bencamin Minik deyib.

O, Ermənistanın bu cür əməlindən sarsıldığını bildirib:

“Heç bir günahı olmayan insanlara, qadın və uşaqlara, infrastruktur obyektlərinə yönəlmiş bu hücumlar məni sarsıdıb. Ermənistan münaqişə zonasını...

05
Oktyabr

5 Oktyabr

Elçin Mirzəbəyli: Ermənistanın jurnalisitləri silahlandırması onların qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüklərini sübuta yetirir (Trend)

Jurnalist əlinə silah aldığı andan onun peşə fəaliyyəti sona yetir. Dünyanın əksər ölkələrinin, o cümlədən bütün nüfuzlu beynəlxalq təşkilatların Jurnalistlərin Peşə Etikası Kodeksi ilə bağlı qəbul etdikləri sənədlərdə bu prinsip əsas götürülür.

Bunu əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli vurğulayıb ki, beynəlxalq təcrübədə jurnalistin əlinə silah aldığına görə peşə fəaliyyətinə son verildiyi ilə bağlı çoxsaylı...

05
Oktyabr

5 Oktyabr

Amerikalı analitik: Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması hərbi cinayətdir (Trend)

Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması qəddar və qəbuledilməz taktikadır və hərbi cinayətdir, buna görə məsul rəsmi şəxslər sanksiyalara məruz qalmalı, məhkəməyə cəlb olunmalı və təzminat ödəməlidirlər.

Bunu amerikalı jurnalist və analitik İrina Tsukerman deyib.

Onun sözlərinə görə, Ermənistan bəyan edib ki, guya Azərbaycan tərəfindən dinc sakinlərin atəşə tutulmasına cavab olaraq bu addımları atır:

“Bununla belə, Ermənistan heç bir...