04
Oktyabr

4 Oktyabr

Yerli media

Gəncədə faktiki vəziyyət (Report)

Ermənistanın silahlı qüvvələri bu gün səhər saat 10 radələrindən başlayaraq işğalçı hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb. Döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutulub.

Ermənilərin atdığı raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Ölən və yaralananlar var.

Lakin Ermənistanın təxribatına Ordumuzun layiqli cavab verəcəyinə inanan Gəncə sakinlərinin əhval-ruhiyyəsi yüksəkdir.

"Gəncə sakinləri özləri digər rayonların sakinləri ilə telefonla danışarkən onlara ruh yüksəkliyi verir. Gəncə sakinləri Azərbaycanın digər bölgələrinin vətəndaşları kimi güclü və məğrurdur", - Gəncə sakini bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.