04
Oktyabr

4 Oktyabr

Yerli media

Gəncənin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərə, infrastruktura və tarixi tikililərə ziyan dəyib (Azərtac)

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Düşmənin Gəncə şəhərini atəşə tutması nəticəsində mülki şəxslərə, infrastruktura və tarixi tikililərə dəyən ciddi ziyanı əks etdirən video və fotoları təqdim edirik.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.