Yerli media
Düşmən Horadiz şəhərini yenidən artilleriya atəşinə tutub (Azərtac)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Füzuli rayonunun Horadiz şəhəri düşmən tərəfindən yenidən artilleriya atəşinə tutulub. Şəhər ərazisinə 30-dan çox mərmi atılıb.
Azərbaycan Ordusu ilə üz-üzə gəlməyə cürət etməyən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.