04
Oktyabr

4 Oktyabr

Yerli media

Ermənilərin Beyləqana atdığı mərmidən həlak olan iki bacının yaşadığı evdən (Report)

Oktyabrın 3-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Beyləqana atdığı mərmilər nəticəsində şəhər sakinləri - 44 yaşlı Zülfiyyə İsmayılova və onun bacısı, 22 yaşlı Arzu Əsədova həlak olub. 

Zülfiyyə İsmayılova və Arzu Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Bundan başqa, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən şəhər sakinləri 38 yaşlı Etibar Balakişiyev və 51 yaşlı Sevda Bəşirova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İki bacının həlak olduğu ərazidə olan digər yaşayış evlərinin bir neçəsi təmamilə dağılıb, bəzilərinə isə ciddi ziyan dəyib.

Evləri dağılan Beyləqan sakinləri bildiriblər ki, erməni terrorçularının təxribatları onları qorxutmur. Onlar Azərbaycan Ordusuna güvənir, əsgərlərimizin hər daim düşmənin layiqli cavabını verdiyini söyləyirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.