04
Oktyabr

4 Oktyabr

Yerli media

Düşmən Ağcabədinin Sarıcalı və Taynaq kəndlərini artilleriya atəşinə tutub (Azərtac)

Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdəki yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmənin növbəti hədəfi Ağcabədi rayonunun Sarıcalı və Taynaq kəndləri olub. Artilleriya atəşi nəticəsində Sarıcalı kəndində bir ev tamamilə yanıb. Taynaq kəndi ərazisindəki yeməkxanaya top mərmisinin düşməsi nəticəsində 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olub, mülki infrastruktur obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.