04
Oktyabr

4 Oktyabr

Xarici media

İndoneziyanın Respublika radiosunda indoneziyalı siyasi ekspert tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında geniş müsahibə yer alıb.

 İndoneziya Demokratiya Təşəbbüsü (TIDI) təşkilatının icraçı direktoru siyasi ekspert Arya Sandhiyudha tərəfindən verilən müsahibədə münaqişənin tarixi və torpaqlarımızın işğalı barədə həqiqətlərə geniş yer verilib.

Dağlıq Qarabağ ərazisinin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Azərbaycanın ərazisi olduğunu vurğulayan ekspert, bölgədəki separatçı ermənilərin Ermənistanın hərbi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdiyini vurğulayıb. Münaqişə nəticəsində 30 minə yaxın insanın həlak olduğu və 1 milyon azərbaycanlının ata-baba yurdlarından qaçqın düşərək öz torpaqlarında məcburi köçkünə çevrildiyini bildirib.

Siyasi ekspert BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən müvafiq qətnamələrinə baxmayaraq, torpaqlarımızın işğalının və münaqişənin uzun illərdir davam etdiyini qeyd edib.

Eyni zamanda, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik ölkə olaraq, Avrasiya məkanının enerji təminatında mühüm rol oynadığını bildirən ekspert, ölkəmizin iştirakı ilə həyata keçirilən nəhəng beynəlxalq layihələrdən bəhs edib.

Ermənistan tərəfindən törədilən hərbi təxribatlar nəticəsində yenidən başlayan müharibənin geniş miqyaslı xarakter almadan dayandırılacağına ümidvar olduğunu qeyd edən Arya Sandhiyudha ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli yollarına yenidən müraciət ediləcəyinə inandığını deyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.