04
Oktyabr

4 Oktyabr

Xarici media

Misirin nüfuzlu “Şuruq” qəzetində Ermənistanın sülh danışıqlarına məhəl qoymaması, daim hərbi təxribatlara əl atması və status-kvonu saxlamağa çalışması ilə əlaqədar Azərbaycanın mövqeyi öz əksini tapıb.

Qəzetin dərc etdiyi məqalədə Azərbaycan XİN-in Ermənistanın öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atdığı, Ermənistan və erməni diaspor təşkilatlarının Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyəti həyata keçirdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıdığı barədə bəyanatları da yer alıb.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan XİN düşmən ölkəyə BMT Təhlükəsizlik Şurasının 2178 (2014) saylı qətnaməsinə əsasən “yaşadıqları və ya vətəndaşlıq mənsubiyyəti olan ölkələri tərk edərək terror əməlləri törətmək, planlaşdırmaq, buna hazırlıq və ya həmin əməllərdə iştirak etmək və ya silahlı münaqişələrlə əlaqəli vəziyyətlər də daxil olmaqla terrorçuluq təlimi keçmək və ya almaq məqsədilə digər ölkə ərazisinə səfər edən şəxslərin əcnəbi terrorçu döyüşçülər” olaraq müəyyən edilməsini xatırladıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.