04
Oktyabr

4 Oktyabr

Xarici media

Ermənistan ordusu raketlərdən və ağır artilleriyadan istifadə edərək Azərbaycanın şəhərlərini atəşə tutub.

Bu barədə Avstraliyanın “Westernmagazine.com”, “Camdencourier.com”, “Yarrawongachronicle.com”, “ibtimes.com”, “Denipt.com” saytları və digər KİV-ləri məlumat yayıb. Bildirilir ki, Ermənistan ordusu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektləri, o cümlədən yaşayış binalarını raket atəşinə tutub. Dinc əhali arasında ölən və yaralananlar var.

Qeyd edilir ki, Azərbaycan bunun cavabında Ermənistan ərazisindəki hərbi obyektləri vuracağını bəyan edib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri sitat gətirilib: “Azərbaycan ölkə ərazisindəki yaşayış məntəqələrinə yönəlmiş atsın qarşısını almaq üçün birbaşa Ermənistan ərazisindəki hərbi obyektləri dağıdacaqdır”.

Bildirilir ki, Ermənistan tərəfi bu məlumatı təkzib etsə də, qondarma “Dağlıq Qarabağ respublikası”nın lideri Gəncə şəhərindəki hərbi aeroportun vurulması barədə göstəriş verdiyini deyib.

Xəbərlərdə Ermənistan ordusunun Azərbaycanın digər şəhərlərinə atəş açaraq mülki vətəndaşları hədəfə alması barədə məlumatlar da öz əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.