04
Oktyabr

4 Oktyabr

Xarici media

Ərəb ölkələrinin nüfuzlu KİV-ləri – Qətərin “Aljazeera” televiziya kanalı və Misirin “Al Ahram” qəzeti Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektlərin, o cümlədən yaşayış binalarının ermənilər tərəfindən artilleriya atəşinə tutulması, dinc əhali arasında ölən və yaralananların olması barədə xəbərlər yayıblar.

Gəncədən yayılan xəbər və fotoşəkillərə istinadla bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhərində, həmçinin Dağlıq Qarabağla yanaşı ərazidə yerləşən Beyləqanda mülki obyektləri və dinc əhalini hədəfə alıblar.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu addımını müharibə cinayəti adlandırıb və Azərbaycan Ordusu qarşısında aciz qalan düşmənin xaincəsinə mülki əhalini atəşə tutduğunu bəyan edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.