04
Oktyabr

4 Oktyabr

Xarici media

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad etməsi Türkiyənin bütün kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Əvvəlcə Prezident İlham Əliyevin sosial şəbəkə paylaşımlarına istinad edən media orqanları sonrakı mərhələdə xəbəri dövlətimizin başçısının canlı yayımla Azərbaycan xalqına müraciəti əsasında yayıblar.

Hazırda ölkənin aparıcı telekanallarında cəbhə xəttindəki vəziyyət ekspertlər tərəfindən qızğın müzakirə olunur, Cəbrayıl şəhərinin işğaldan azad olunmasının strateji əhəmiyyəti təhlil edilir.

Məlumatlarla Anadolu Agentliyi, TRT HABER, HABER TÜRK, TGRT, A HABER, BENGÜ TV telekanallarının, habelə “Akşam”, “Təqvim” və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.