04
Oktyabr

4 Oktyabr

Xarici media

Ukraynanın nüfuzlu “RBK-Ukrayna” informasiya agentliyi Ermənistan ordusu tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raketlərlə vurulması barədə ətraflı məlumat yayıb.

Məlumatda Ermənistan tərəfindən Gəncənin mülki obyektlərinin raketlə vurulması qeyd edilib.

“Gəncə şəhərinin raket hücumuna məruz qalması nəticəsində bir mülki şəxs ölüb, dörd nəfər isə xəsarət alıb. Eyni zamanda Gəncənin tarixi binaları raket hücumuna məruz qalıb”, - deyə Ukrayna mətbuatı yazır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.