Zəfərin yolu
Fransanın TV5 Monde televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edib.
Torpaqlarımız azad olandan sonra danışıqlar mümkündür.
TV5-in aparıcısı: “Deməli siz qalib gələndən sonra?”
Səfir : “Bəli, şübhəsiz”
TV5-in aparıcısı: ”Deməli atəşkəs gözlənilmir”.
Bu fikirlər TV5 Monde televiziya kanalında səfir Rəhman Mustafayevlə aparılan sual-cavabda səslənib.
“Bu gün müharibədir. Münaqişə yox, əsil müharibədir. Azərbaycan üçün Vətən müharibəsidir.
Azərbaycanın əks -hücum müharibəsinin məqsədi 1992-ci ildən işğal olunan torpaqlarımızı azad etməkdir....
Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket və artilleriya hücumu müharibənin genişlənməsinə səbəb ola bilər.
Bu barədə Yaponiyanın nüfuzlu JIJI RESS agentliyi və NHK telekanalı məlumat yayıb. Məlumatlarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadla hücum nəticəsində bir nəfərin həlak olduğu və bir neçə nəfərin yaralandığı qeyd edilib. Vurğulanıb ki, Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən bombardman edilməsi Dağlıq Qarabağ uğrunda münaqişənin genişlənməsi məqsədi daşıyır.
Bununla yanaşı, məlumatlarda Ermənistan ordusunun...
Meksikanın çoxmilyonlu izləyici kütləsinə malik “Canal Once” dövlət telekanalında və nüfuzlu “ABC” radiosunda səfir Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz aktı ilə bağlı xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçi Federiko Lamonta verdiyi müsahibələr efirə gedib.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, müsahibələrdə ilk olaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan M.Talıbov, 30 ilə yaxındır Dağlıq Qarabağ ərazisi və 7 ətraf rayonu işğal altında saxlayan, bu ərazilərdə etnik təmizləmə apararaq orada...
Yaponiyanın nüfuzlu “The Japan Times” qəzeti Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təqdim olunan materiallar əsasında Ermənistan ordusunun Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərini hədəfə alması barədə geniş məqalə dərc edib.
“Azərbaycan bildirir ki, Ermənistan münaqişə zonasından uzaq olan şəhərləri hədəfə alır” sərlövhəli məqalədə Azərbaycan rəsmilərinə istinadla artıq doqquzuncu gündür davam edən qarşıdurma ilə bağlı digər məlumatlara da yer verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bazar günü Ermənistan...
Hərbi əməliyyatların son məqsədi işğal olunmuş bütün əraziləri azad etmək və sonra beynəlxalq vasitəçilər də cəlb olunmaqla sülh danışıqlarına başlamaqdır. Biz 26 il sülh danışıqlarına hazır idik və müxtəlif nizamlama planları ilə razılaşaraq bu danışıqları aparırdıq, sonda isə Nikol Paşinyan və onun komandası öz təxribatları ilə bu danışıqların üstündən xətt çəkdilər.
Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukraynanın “Pryamoy” telekanalında deyib.
Səfir qeyd edib ki, indi bizim nəyi...
İtaliyanın nüfuzlu “La Stampa” qəzetinin jurnalisti Cordano Stabile sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüzü barədə “Dağlıq Qarabağ, dronlar və muzdlular ilə səciyyələnən münaqişə yenidən alovlanır. Azərbaycan səfiri deyir ki, əcnəbi döyüşçülərdən istifadə edən Ermənistandır” sərlövhəli məqaləsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibəsindəki fikirlərə geniş yer verib.
Məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüz törətməsi fonunda...
Beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarını 30 ildir işğal altında saxlayan Ermənistana təzyiq göstərməlidir.
Bu barədə Yaponiyanın nüfuzlu “Mainichi shimbun” qəzetinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə bildirib. Səfir qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar məhz Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə verməyib. Əksinə, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn baş nazir Nikol Paşinyan ötən il işğal altında olan torpaqlara gedərək belə...
Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyevin geniş müsahibəsini dərc edib.
Azərbaycan səfiri müsahibəsində sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı başladığı növbəti hərbi təxribat barədə bir sıra vacib məqamları diqqətə çatdırıb.
Ermənistan rəhbərliyinin heç bir vəchlə diplomatik danışıqlara və beynəlxalq hüququn tələblərinə məhəl qoymadığını bildirən səfir bu gün xalqımızın öz ərazisində məhz öz torpaqları naminə vuruşduğunu qeyd edib.
Ermənistan rəhbərliyinin...
Cəbhə xəttində, eləcə də Ermənistan-Azərbaycan sərhədində baş verənlərə, bir sözlə, hazırkı eskalasiyaya səbəb Ermənistanın növbəti hərbi təxribatı olub. Hazırda Azərbaycan Ordusu beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərində işğal altındakı torpaqların azad olunması uğrunda savaşır.
Bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Kviris Palitra” qəzetinə müsahibəsində söyləyib.
Səfir deyib ki, Ermənistan 30 ildir Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət aparır.
Bu gün onlar ağır texnikalardan yalnız Azərbaycanın hərbi mövqelərinə deyil, mülki...
Yaponiyanın geniş auditoriyaya malik olan “Asahi TV” telekanalında Dağlıq Qarabağda cərəyan edən hadisələrə dair xüsusi veriliş yayımlanıb.
Verilişdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırki silahlı qarşıdurma, onun səbəbləri haqqında geniş məlumat verilib.
Verilişə əsas qonaq cismində dəvət olunmuş Yaponiyanın Keio Universitetin professoru Yoko Hirose bildirib ki, hazırda bölgədə gedən hərbi əməliyyatların səbəbkarı Ermənistandır. Həmin qonşu dövlət Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu ərazidə Dağlıq Qarabağ regionu...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.
Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin dinc yolla həllinə çalışıb. Azərbaycan ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub,...
Ermənistan çarəsizlikdən azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru həyata keçirir.
İndoneziyanın nüfuzlu “republika.co.id”, “minanews.net”, “akurat.co.id”, “telusur.co.id”, “gpriority.co.id” və digər saytları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabındakı həmin sözləri oxucuların diqqətinə çatdırıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən döyüşlərlə əlaqədar həmin saytlarda dərc edilən məlumatlarda Prezident köməkçisinin aşağıdakı sözləri...
Münaqişənin əsas səbəbi Azərbaycan torpaqlarında xarici ölkənin silahlı qüvvələrinin olmasıdır, ərazilərimizin işğal altında olmasıdır. Azərbaycan həmişə münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olsa da, qarşı tərəf buna hazır olmayıb. Bu gün Azərbaycanın işğal altında olan torpaqları azad olduqdan sonra danışıqlara başlamaq olar.
Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Musulmans et musulmans en France” jurnalına müsahibəsində deyib.
Səfir bildirib ki, beynəlxalq hüququn prinsiplərinə riayət etmək lazımdır. Doğma yurdlarına qayıtmaq...
Nüfuzlu “The Korea Times” qəzetində çap olunan “Azərbaycan Ermənistan qoşunlarının dərhal geri çəkilməsini tələb edir” başlıqlı məqalədə münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyi barədə məlumat verilib.
Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovun müəllifi olduğu məqalədə sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış vəziyyətdən söz açılıb. Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisi çərçivəsində döyüş əməliyyatları aparır.
Münaqişənin tarixi barədə məlumat verən diplomat qeyd edib ki, Ermənistan...