04
Oktyabr

4 Oktyabr

Xarici media

Gürcüstanın “report.ge” portalı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ermənilərin Tərtər şəhəri, Füzuli rayonunun Horadiz şəhərinin və Gəncə şəhərini və dinc əhalini atəşə tutması ilə bağlı açıqlamasını yayıb.

Gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Ermənistan silahlı birləşmələrinin Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncə şəhərini atəşə tutması oxucuların diqqətinə çatdırılır. Bu atəş nəticəsində dinc əhali arasında ölən və yaralananların olduğu qeyd olunur.

Bildirilir ki, Ermənistan silahlı birləşmələrinin dinc əhalini və cəbhə xəttindən uzaq olan şəhərləri raket atəşinə tutması düşünülmüş şəkildə həyata keçirilir və əvvəlcədən hazırlanmış plandır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.