Xarici media
Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Gəncənin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərə, infrastruktura və tarixi tikililərə dəyən ziyanla bağlı material, Özbəkistanin “fikr.uz” saytı isə Azərbaycan televiziyasına istinadla Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutması haqqında rus dilində məqalə verib.
portallarda işğalçı Ermənistanın silahlı qüvvələrinin oktyabrın 4-də saat 10:00 radələrindən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrini ağır artilleriyadan atəşə tutduğunu yazıb.
Qırğızıstan portalları yazır ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib ki, Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır.
Portallar bununla bağlı Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun fikirlərinə də yer ayırıb. Nazir deyib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir.