Xarici media
Azərbaycanın Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması xəbəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən sürətlə yayılıb.
Türkiyə KİV-ləri dinc əhali arasına tələfat və mülki evlərin və obyektlərin dağıntısı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı raket zərbəsindən istifadə etməsini vandalizm adlandırıb.
Məlumatlar Anadolu, İHA, DHA xəbər agentlikləri, TRT HABER, A HABER, TGRT, TRT AVAZ və sair telekanallar, eləcə də nüfuzlu qəzetlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmaqdadır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.