04
Oktyabr

4 Oktyabr

Xarici media

Latviyada fəaliyyət göstərən “Baltikyanı ölkələrin səsi” (Baltijas Balss) xəbər portalında “Qarabağ alov içində” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa nəzər salınıb, bu bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bildirilib.

Yazıda Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün düşdüyü, sülh danışıqları prosesinin nəticə vermədiyi, qondarma “Dağlıq Qarabağ respublikası”nın beynəlxalq səviyyədə tanınmadığı BMT Təhlükəsizlik Şurasının , münaqişəyə dair müvafiq qətnamələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, habelə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesinin dalana dirəndiyi kimi məlumatlar yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.