29
Sentyabr

29 Sentyabr

Xarici media

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatları Yaponiya kütləvi informasiya vasitələrinin də diqqətindədir.

Yaponiyanın NHK, BS1, Asahi telekanalları, “Yomiuri shimbun”, “Nihon shimbun”, “Jiji Press”, “Yahoo Japan” və digər KİV-ləri cəbhədə baş verən hadisələr barədə informasiyalar yayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumatların da əks olunduğu informasiyalarda problemin artıq 30 ildir ki, davam etdiyi bildirilir. Vurğulanır ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır.

Yaponiya telekanallarının nümayiş etdirdiyi süjetlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin erməni döyüş texnikalarının məhv edilməsi ilə bağlı görüntülərinə yer verilib.

Xəbərlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 28-də Ermənistana müraciət edərək işğal altında saxladığı Azərbaycan torpaqlarını dərhal tərk etməsi barədə tələbi də öz əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.