29
Sentyabr

29 Sentyabr

Xarici media

Sentyabrın 27-də səhər erkən saatlarda Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Bu fikirlər nüfuzlu “The Korea Post” qəzetinin Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi son təxribat haqqında hazırladığı məqalədə əks olunub. Bildirilib ki, həmin intensiv atəş nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin sakinləri arasında ölən və yaralananlar olub, mülki infrastruktura ziyan dəyib.

Cənubi Koreya qəzeti yazır ki, Azərbaycan Ordusunun bölmələri düşmənin təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.