29
Sentyabr

29 Sentyabr

Xarici media

Serbiyanın nüfuzlu xəbər portallarında Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq, Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan Ordusunun cavab tədbirləri ilə bağlı bəyanatı haqqında məqalələr dərc edilib.

“Hacıyev: Ermənistanın hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır” başlıqlı məqalə Serbiyanın “Danas.rs” və “Naslovi.net” portallarında dərc olunub.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı bölgələrində əhalisi sıx olan ərazilərdə yaşayan mülki şəxsləri, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasından danışılıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.