29
Sentyabr

29 Sentyabr

Xarici media

Almaniyanın, ARD, ZDF, NTV, “Deutsche Welle” telekanallarında, dpa, AFP kimi xəbər agentliklərində, habelə “tagesschau.de”, “welt.de”, “spiegel.de”, “zeit.de”, “focus.de”, “stern.de”, “tagesspiegel.de”, “trtdeutsch.com”portallarında, eləcə də digər çoxsaylı digər KİV-lərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xətti boyunca həyata keçirdiyi növbəti təxribatı ilə bağlı çoxsaylı materiallar yayımlanıb.

Məqalələrdə Dağlıq Qarabağdakı bütün təmas xətti boyunca genişmiqyaslı döyüşlər getdiyi, hərbçilər və mülki vətəndaşlar arasında itkilərin olduğu qeyd edilir.

Dağlıq Qarabağın tarixinə nəzər salan müəlliflər vurğulayırlar ki, bu bölgə beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır və ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən işğal olunub.

Diqqətə çatdırılır ki, Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağı müstəqil respublika kimi tanımır və regionu “Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilər” kimi xarakterizə edir.

Bildirilir ki, Türkiyə bu mübarizədə Azərbaycana tam dəstəyini ifadə edib.

Münaqişənin həlli ilə məşğul olan dövlətlər münaqişə tərəflərini döyüş əməliyyatlarını dərhal dayandırmağa, atəşkəs rejiminə əməl etməyə çağırıb.

Almaniyanın Xarici İşlər naziri Hayko Maas baş verənlərlə əlaqədar verdiyi bəyanatda münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa, substantiv danışıqlara başlamağa çağırıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.