29
Sentyabr

29 Sentyabr

Xarici media

Özbəkistanın tnews.uz və kun.uz portalları Ermənistanın təxribatları və Azərbaycanın əks-hücumu ilə bağlı özbək dilində məqalələr verib.

Tnews.uz portalı yazır ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə beynəlxalq birliyin passivliyinin, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə susmasının nəticəsidir.

Məqalədə Ermənistanın son təxribatları, Azərbaycanın əks hücumu haqqında məlumat yer alıb.

Portal, həmçinin Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri Jan- Fransua Manselin fikirlərinə də yer ayırıb. O deyib ki, BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququn normalarını pozaraq Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar gedir.

J.F Mansel bildirib ki, bu toqquşmalar beynəlxalq hüquq normalarına uyğun qaydada bu vəziyyətdən çıxış yolunu göstərmək iqtidarında olmayan dünya ictimaiyyətinin passivliyinin nəticəsidir.

Kun.uz portalı isə Əfqanıstanın Dağlıq Qarabağ məsələsində mövqeyini açıqlayan məqalə verib. Yazıda deyilir: “Əfqanıstanın Xarici İşlər Nazirliyi bildirir ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmalıdır”.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.