• Prezident
09
Noyabr

9 Noyabr

Diplomatik təmaslar

Abdullah Gül Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz qardaşım,

Qardaş Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazandığınız uğurlardan böyük məmnunluq və qürur hissi duyuram.

Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad edilməsinin və bu həsrətin sona çatmasının...