• Prezident
07
Oktyabr

7 Oktyabr

Müşavirələr

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ...

07
Oktyabr

7 Oktyabr

Müsahibələr

İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

- Cənab Prezident İlham Əliyev, “CNN Türk”ə xoş gəldiniz. Azərbaycanın tarixi günlər yaşadığı bir zamanda bu müsahibəni verdiyiniz üçün təşəkkür edirik. Mən vaxt itirmədən dərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət necədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nə qədər torpaq azad olundu?

- Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa...

07
Oktyabr

7 Oktyabr

Media

Özbəkistanın “qalampir.uz” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsi ilə bağlı özbək dilində iki məqalə dərc edib.

Materiallarda Cəbrayıl şəhərinin və bir sıra kəndlərin işğaldan azad olunması, torpaqlarımızın boşaldılması ilə bağlı 30 ilə yaxın danışıqlar aparılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, 1994-cü ildən atəşkəsin qüvvədə olması, xarici ölkələrdə yaşayan ermənilərin bu müharibəyə cəlb edilməsi və digər taleyüklü məsələlərə aydınlıq gətirilir.

07
Oktyabr

7 Oktyabr

Telefon danışıqları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə...