• Prezident
08
Noyabr

8 Noyabr

Xalqa müraciətlər

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi...

08
Noyabr

8 Noyabr

Diplomatik təmaslar

İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, əziz qonaqlar.

Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır....

08
Noyabr

8 Noyabr

Media

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qədim mədəniyyət simvolumuz olan Şuşa şəhərinin erməni işğalından azad olunması barədə xalqımıza müraciəti Türkiyənin aparıcı telekanalları tərəfindən canlı yayımla təqdim olunub.

Dövlətimizin başçısının tarixi müraciətində yer alan mühüm məqamlar sürətlə Türkiyə kütləvi informasiya vasitələrinin manşet materialına çevrilib. Aparıcı telekanallar tanınmış ekspertlərlə Ali Baş Komandanın müraciətindəki mühüm mesajlar ətrafında şərhlər veriblər. Azərbaycandakı zəfər coşqusu Türkiyə KİV-lərində bayram ovqatlı xəbər olaraq təqdim olunur.