07
Oktyabr

7 Oktyabr

Özbəkistanın “qalampir.uz” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsi ilə bağlı özbək dilində iki məqalə dərc edib.

Materiallarda Cəbrayıl şəhərinin və bir sıra kəndlərin işğaldan azad olunması, torpaqlarımızın boşaldılması ilə bağlı 30 ilə yaxın danışıqlar aparılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, 1994-cü ildən atəşkəsin qüvvədə olması, xarici ölkələrdə yaşayan ermənilərin bu müharibəyə cəlb edilməsi və digər taleyüklü məsələlərə aydınlıq gətirilir.

07
Oktyabr

7 Oktyabr

Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış hərbi gərginliyə, eləcə də Prezident İlham Əliyevin gündəlik iş fəaliyyətinə geniş yer verməkdədir.

Qardaş ölkə KİV-ləri Azərbaycan dövlət başçısının son günlər daha intensivləşən müsahibələri, dünya liderləri ilə təmasları, münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi, düşmən tərəfə ünvanlandığı sərt mesajları, cəbhədəki vəziyyəti, işğalçı ölkənin təxribatları, eləcə də Azərbaycanın dinc əhalisi, mülki obyektlərin və infrastrukturun hədəf alınması,...

07
Oktyabr

7 Oktyabr

Gürcüstanın aparıcı report.ge, pia.ge, 24news.ge, aktual.ge, kvirispalitra.ge, gaxa.ge və digər informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı KİV-lərinə müsahibələrindən geniş materiallar yayır.

Azərbaycan, rus, ingilisgürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, Azərbaycan Ordusunun əks-hücum nəticəsində qazandığı uğurlar, eləcə də münaqişənin...

07
Oktyabr

7 Oktyabr

Malayziyanın dövlət informasiya agentliyi BERNAMA Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığını yayıb.

Məlumatda Azərbaycanın dövlət başçısının Rusiya Prezidentini doğum günü münasibətilə təbrik etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan Prezidenti Vladimir Putinə cansağlığı və Rusiyanın inkişafı naminə dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Rusiya Prezidenti azərbaycanlı həmkarına göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı iki ölkə liderlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı...