Zəfərin yolu
Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa olundu. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də tanınmış xanım aparıcı Kristin Amanpura müsahibə verib.
Müsahibə başlamamışdan əvvəl qısa şərh verən aparıcı Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. Beləliklə, müsahibəyə başlamazdan əvvəl tamaşaçıları problemin mahiyyəti barədə məlumatlandırmış olur. Daha sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun fikirlərindən sitat gətirərək ölkəmizin mövqeyini,...
İsrailin populyar “YNET” saytında dərc edilmiş “Gəncənin yəhudi icması Ermənistan tərəfindən bombardmana məruz qalıb və müharibəyə qoşulub” sərlövhəli məqalə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən şiddətli müharibədən bəhs edilib.
Qeyd etmək lazımdır ki, “YNET” dünyada ən yaxşı 1500 saytın və İsraildə ən yaxşı 10 saytın sırasına daxildir. “Google Trends” axtarış sisteminin rəyinə görə “YNET” İsrailin ən populyar internet portalıdır.
Məqalənin müəllifi İtamar Eyhner qeyd edir ki, Azərbaycanın Gəncə şəhərindəki...
Ərəb ölkələrinin nüfuzlu KİV-ləri Azərbaycanın haqq işi – öz torpaqlarını işğaldan azad etməsi barədə materiallar yaymaqda davam edir.
Geniş oxucu auditoriyasına malik “Arabnews” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın son hərbi təxribatı” sərlövhəli məqaləsi dərc olunub. Yazıda Ermənistanın etnik təmizləmə siyasəti, Azərbaycanın işğal edilmiş ərazilərində məscidləri dağıtması və təhqir etməsi, döyüşlərdə Yaxın Şərq ölkələrindən gətirilmiş muzdlu əsgərlərdən istifadə etməsi, humanitar atəşkəs razılaşmalarını kobud...
Türkiyənin “A Haber” telekanalı “Ermənilərin törətdikləri qətliamlar” sərlövhəsi ilə xüsusi veriliş yayımlayıb.
Oktyabrın 24-də axşam efirə gedən verilişdə erməni terrorizminin yaranması, keçdiyi yol və günümüzdəki fəaliyyəti faktlar əsasında təqdim olunub.
Veriliş Ermənistanın Azərbaycana işğalçılıq siyasəti və sentyabrın 27-də daha da intensivləşən hücumları ilə yaranmış hərbi gərginliyə dair faktların real kadrlar əsasında təqdim olunması ilə başlayıb. Prezident İlham Əliyevin fikirləri diqqətə çatdırılaraq bildirilib ki, döyüş bölgəsində məğlubiyyətə düçar olan Ermənistanın...
Perunun aparıcı KİV-lərindən olan “La Razón” və “La República” qəzetlərində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təxribatları və Silahlı Qüvvələrimizin apardığı əks-hücum əməliyyatları ilə bağlı səfir Məmməd Talıbovun müsahibələri dərc olunub.
Müsahibələrdə münaqişənin tarixi barədə məlumat verən səfir Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və...