08
Noyabr

8 Noyabr

Zəfər günü

Şuşa sakini: “Sevincimin həddi, hüdudu yoxdur”

“Nə vaxtsa öz ev-eşiyimizə qayıtmaq ümidi ilə yaşayırdıq”.

Bu sözləri 1992-ci ildən bugünədək məcburi köçkün həyatı yaşayan Şuşa sakini Kamil Zeynalov deyib.

İyirmi səkkiz ildir məcburi köçkün həyatı yaşayan K.Zeynalov Şuşa ilə bağlı xatirələrini və sevincini bizimlə paylaşıb.

K.Zeynalov qeyd edib ki, bu gün qohumları zəng edərək, onu Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik ediblər. O, şəhərin hər yerini xatırladığını bildirib: “İşdən çıxıb evə gedərdik. Bundan sonra uşaqları da parka aparardıq.

Ata evimiz Çuxurməhlə adlanan yerdə idi. Lakin sonra şəhərin mərkəzində ev aldım. Ancaq ermənilər Şuşanın işğalından əvvəl evi mərmi atəşinə tutmuşdular”.

K.Zeynalov sevincinin həddi, hüdudunun olmadığını vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.