Zəfər günü
Şuşa zəfəri Ankarada coşqu ilə qarşılanıb
Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyə paytaxtı Ankara şəhərində böyük coşqu ilə qarşılanıb.
Dövlətimiz və xalqımızla sevincini bölüşmək istəyən insanlar Azərbaycanın Türkiyədəki Səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.
Sonra Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev Parkına yola düşüb.
Aksiya “Azaflı” Sosial Yardım və Kültür Dərnəyi tərəfindən təşkil olunub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.