08
Noyabr

8 Noyabr

Zəfər günü

Qələbə sevincləri

Bu gün bütün ölkə Şuşanın azad olunmasını bayram kimi qeyd edib.

Ölkəmizin müxtəlif yerlərində insanlar əllərində bayraqlar küçələrə çıxaraq yürüşlər edib. Şəhidlər xiyabanını, fəxri xiyabanları ziyarət edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.