08
Noyabr

8 Noyabr

Zəfər günü

Qubalılar Şuşanın işğaldan azad olunmasını belə qeyd etdi

Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması xəbəri Qubada da sevinclə qarşılanıb.

Rayon mərkəzində və küçələrində yerli sakinlər Şuşanın işğaldan azad olunmasını böyük coşqu və fəxarət hissi ilə qeyd ediblər.

Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev bu münasibətlə mətbuat nümayəndələrinə müsahibə verib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.