Zəfər günü
Paytaxt sakinləri əllərində bayraqlarla küçələrə axın edir
Bu gün Azərbaycanın qədim Şuşa şəhəri işğaldan azad edilib.
28 ildən sonra Qarabağın incisi olan Şuşada şanlı Azərbaycan bayrağı dalğalanır. Şuşa zəfəri Azərbaycanın bütün bölgələrində bayram əhval-ruhiyyəsi yaradıb.
Əllərində bayraqlarla küçələrə axın edən vətəndaşlarımız Ordumuzun böyük qələbəsini qeyd edir.
Bu əlamətdar gündə nikaha daxil olan bəylə gəlin Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı uğurda canlarını fəda edən şəhidlərimizin xatirəsini anıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.