08
Noyabr

8 Noyabr

Zəfər günü

Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər

Bakı Media Mərkəzi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan Xalqını təbrik edib .

Qurumun "Facebook" səhifəsində edilən paylaşımda deyilir:

"Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər!

Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik ! Bu gün Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa işğaldan azad olundu! Bakı Media Mərkəzi olaraq bu münasibətlə Azərbaycan Xalqını təbrik edirik!

Qələbə bizimlədir, Qələbə bizimdir! Eşq olsun Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.