08
Noyabr

8 Noyabr

Zəfər günü

Neftçala rayonunda qələbə sevinci

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabını ziyarət etdikdən sonra Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasını Azərbaycan xalqına bəyan edib. Ölkə Başçısının çıxışından sonra Neftçalalılarda bu qələbə sevincini bayram etmək üçün küçələrə axışıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və ruhunu ehtiramla yad ediblər. Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Neftçala RİH başçısı Mirhəsən Seyidov rayon ictimaiyəti qarşısında çıxış edib.

RİH başçısı çıxışı zamanı müzəffər ordumuzun Ali Baş Komandanın komandanlığı altındakı qələbəsindən, əsgər və zabitlərimizin əzmi və mərdliyi nəticəsində Şuşa şəhəri 28 ildən sonra erməni işğalından azad olunmasından danışıb.

Tədbir avtomobillərin Azərbaycan bayraqları ilə yürüşü ilə sona çatıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.