10
Noyabr

10 Noyabr

Azərbaycan xalqı şanlı qələbəmizi bayram edir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi.

Beləliklə 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar.

Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan yüz minlərlə Bakı sakini...

10
Noyabr

10 Noyabr

Şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsi

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə şanlı qələbəmizi və Ermənistanın kapitulyasiyasını elan etdikdən sonra paytaxtımızın minlərlə sakini ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışıb. Səhər saatlarında izdihama bölgələrdən gələn insanlar da qoşulub.

Müzəffər Ali Baş Komandanın portretlərini başları üzərinə qaldıran...

10
Noyabr

10 Noyabr

Almaniyadakı soydaşlarımız böyük Qələbənin sevincini yaşayırlar

Dünya azərbaycanlıları Şuşa şəhərinin azad olunmasını qeyd edirlər. Almaniyada yaşayan soydaşlarımız da bu sevincli gündə həmrəylik nümayiş etdiriblər.

Onlar Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar ölkəmizin Berlindəki səfirliyinin önünə toplaşaraq bu Qələbə sevincini birlikdə yaşayıblar.

Dövlət Bayrağı Günü ilə yanaşı, qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Şuşada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir. Soydaşlarımız qeyd edirlər ki, onlar həyatlarının ən şərəfli günlərini yaşayırlar. Onlar bu...

10
Noyabr

10 Noyabr

Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır

Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır. Gecə yarısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsindən sonra paytaxtımızın küçə və meydanlarına, parklarına axışan böyüklü-kiçikli yüz minlərlə insanın bayram şənliyi on saatdan çoxdur davam edir. Bakı sakinləri tarixi Qələbədən doğan sevinc və qürur hisslərini bir-biri ilə paylaşır, bu zəfəri xalqına bəxş edən dövlətimizin başçısına minnətdarlıq duyğularını dilə gətirirlər. Hər...

10
Noyabr

10 Noyabr

Paytaxtımızda yaşanan bayram şənliyinin fotoobyektivdə əks olunmuş anları

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Qarabağ savaşında şanlı qələbəmizi qeyd etmək üçün Bakının küçə və meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyi bu gün gecə saatlarınadək davam edib. İnsanlar bütün gün boyu tarixi Qələbədən doğan sevinc və qürur hisslərini paylaşıb, xalqımıza bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Vətəni, Qarabağı, qəhrəman Azərbaycan əsgərini tərənnüm edən mahnılar, şux...

10
Noyabr

10 Noyabr

Şanlı Qələbənin sevinci: Gəncədə böyük coşqu

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şanlı Qələbə xəbəri Gəncədə də böyük coşqu və sevinc hissi ilə qarşılanıb.

Şəhərin küçə və prospektlərinə, meydanlarına çıxan sakinlər qələbəni qürur hissi ilə qeyd edirlər.

Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan minlərlə Gəncə sakini Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.

10
Noyabr

10 Noyabr

Qazaxda qələbə günü təntənəli şəkildə qeyd olunub

Qazaxda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə xəbəri böyük coşqu və sevinc hissi ilə qarşılanıb.

Əvvəlcə rayon sakinləri birinci Qarabağ döyüşlərində şəhid olanların xatirəsini yad ediblər.

Rayonun mərkəzi meydanına toplaşan, küçə və prospektlərinə çıxan sakinlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini fərəh hissi ilə qeyd ediblər.

Əllərində...