Zəfər günü
Şuşanın işğaldan azad edilməsini qeyd edən paytaxt sakinlərinin sevinci
Azərbaycanın tarixi Şuşa şəhəri işğaldan azad edilib.
Azərbaycan xalqı Şuşanın azad olunması xəbərini böyük coşqu ilə qarşılayır. Hazırda ölkəmizin hər yerində Şuşanın azad olunması bayram kimi qeyd edilir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.